Çernobıl əlillərinə mənzillər verildi - FOTO 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana yaşayış kompleksində 30 mənzil Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov iştirak ediblər.

H.Abdullayev bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan artıq 35 il ötsə də, bu qəza bəşər tarixinin dəhşətli hadisələrindən biri kimi daim xatırlanır.

Həmin qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan da minlərlə şəxs iştirak edərək öz töhfələrini verib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanun qəbul edilib, həmin vətəndaşların sosial müdafiəsi işlərinin əsasları formalaşıb.

Nazir müavini Prezident İlham Əliyev tərəfindən Çernobıl əlillərinə xüsusi qayğı göstərildiyini vurğulayıb.

Qeyd edib ki, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdü də verilir. Onların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət də ödənilir.

H.Abdullayev həmçinin Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzil və minik avtomobilləri ilə təminatının həyata keçirildiyini deyib. Hazırda da bu tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, cənab Prezidentin Sərəncamı ilə bu il 3 min, ümumən 2021-2025-ci illərdə 11 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə veriləcək. Keçmiş məcburi köçkünlər üçün tikilən yaşayış komplekslərindən mənzillər müharibə əlilləri və şəhid ailələrinə verilir, o cümlədən bu mənzillərdən 30 mənzil bu gün Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə də təqdim olunur.

Beləliklə, bu ilin planı üzrə artıq 330 mənzil, indiyədək isə 9530 mənzil və fərdi ev şəhid ailələrinə, müharibə əlillərinə, onlara bərabər tutulan vətəndaşlara (onların sırasında Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər də var) təqdim edilib.

M.Həsənov Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinin ümumən bəşəriyyətin xilasına xidmət etdiyini vurğulayıb, bu işlərdə həmvətənlərimizin iştirakından, ölkəmizdə Çernobıl əlillərinə göstərilən dövlət qayğısından bəhs edib.

Yeni mənzillə təmin olunan Çernobıl əlilləri onlara göstərilən yüksək qayğıya və bu gün mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki dəfə ölüm xəbəri yayıldı, anası buna dözməyib dünyasını dəyişdi – Ağakərimin HƏYAT HEKAYƏSİ

İki dəfə ölüm xəbəri yayıldı, anası buna dözməyib dünyasını dəyişdi – Ağakərimin HƏYAT HEKAYƏSİ

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Somalidən Azərbaycana qoyun əti bu məqsədlə gətirilib – RƏSMİ AÇIQLAMA

Somalidən Azərbaycana qoyun əti bu məqsədlə gətirilib – RƏSMİ AÇIQLAMA

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

“Anası həyətə baxanda gördü ki, suyun üzündədir...” – FOTO

“Anası həyətə baxanda gördü ki, suyun üzündədir...” – FOTO

Nazir müavini: “Aqrar sahədə ciddi kadr çatışmazlığı var"

Nazir müavini: “Aqrar sahədə ciddi kadr çatışmazlığı var"

AFFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

AFFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi

Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi

Ağamirzədən Ağakərimin ölümü ilə bağlı AÇIQLAMA – “Bir saat əvvəl...” – ÖZƏL

Ağamirzədən Ağakərimin ölümü ilə bağlı AÇIQLAMA – “Bir saat əvvəl...” – ÖZƏL

“Məzunların bölgələrdə çalışması üçün yeni proqram hazırlana bilər” – Deputatdan TƏKLİF

“Məzunların bölgələrdə çalışması üçün yeni proqram hazırlana bilər” – Deputatdan TƏKLİF

Somalidən Azərbaycana ət İDXAL OLUNUR?

Somalidən Azərbaycana ət İDXAL OLUNUR?

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə “xidmətləri” qarşılığında nələr qazandırıb? — Milyonluq evlər, torpaq sahələri…

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə “xidmətləri” qarşılığında nələr qazandırıb? — Milyonluq evlər, torpaq sahələri…

DİN-nin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası müəyyənləşdi – QƏRAR

DİN-nin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası müəyyənləşdi – QƏRAR

Meyxanaçı Ağakərim VƏFAT ETDİ

Meyxanaçı Ağakərim VƏFAT ETDİ

“Turan Tovuz” səfərdə “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” səfərdə “Kəpəz”i məğlub etdi - VİDEO

Keçmiş əri tərəfindən öldürülən Diananın ailəsi DANIŞDI – Dəhşətli qətlin YENİ DETALLARI – VİDEO

Keçmiş əri tərəfindən öldürülən Diananın ailəsi DANIŞDI – Dəhşətli qətlin YENİ DETALLARI – VİDEO

Lətafətlə keçmiş əri arasında QALMAQAL: “3-cü xanımından da boşanıb...” – VİDEO

Lətafətlə keçmiş əri arasında QALMAQAL: “3-cü xanımından da boşanıb...” – VİDEO

Dərnəgül dayanacağının tikintisi davam edir – VİDEO

Dərnəgül dayanacağının tikintisi davam edir – VİDEO

Premium layihədə faizsiz şərtlər: “City Garden Narimanov”da faizsiz kreditlə satışlar davam edir – “Kristal!”

Premium layihədə faizsiz şərtlər: “City Garden Narimanov”da faizsiz kreditlə satışlar davam edir – “Kristal!”

İtkin balıqçının meyitinin tapılma anı - VİDEO

İtkin balıqçının meyitinin tapılma anı - VİDEO

Rusiya savaş hazırlığının SON MƏRHƏLƏSİNDƏ – Bu ölkələr hücumun HƏDƏFİNDƏDİR

Rusiya savaş hazırlığının SON MƏRHƏLƏSİNDƏ – Bu ölkələr hücumun HƏDƏFİNDƏDİR

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların ADLARI AÇIQLANDI

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların ADLARI AÇIQLANDI

Bu tələbələrə əlavə 200 manat TƏQAÜD VERİLİR

Bu tələbələrə əlavə 200 manat TƏQAÜD VERİLİR

Soyuducuya şüşə banka qoymayın - xəbərdarlıq

Soyuducuya şüşə banka qoymayın - xəbərdarlıq

End of content

No more pages to load

RADİO