Güclü yağış və dolu TƏHLÜKƏSİ – Mövsümi məhsullara necə TƏSİR edəcək?

Bir neçə gündür ölkədə havalar qeyri-sabit keçir. Aprel ayının ikinci yarısından müşahidə edilən isti havaları soyuq havalar əvəzləyib. Belə ki, may ayının əvvəlindən temperatur bir neçə dərəcə enib, paytaxta və bölgələrə yağış yağıb. 

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, dünən bəzi rayonlarda şimşək çaxıb, dolu düşüb, dağlıq ərazilərə qar yağıb. Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Mayın 5-də Kürdəmir rayonunun Pirili kəndi ərazisinə 8-10 mm, Mollakənd ərazisinə saat 21:20 radələrində 6-8 mm, İmişli rayonunun Qızıl kəndinə saat 23:30 radələrində 8-10 mm, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə isə diametri 6-8 mm olan dolu düşüb.

Bəs hazırda müşahidə edilən hava şəraiti kənd təsərrüfatına necə təsir edir? Bunun mövsümi məhsullara təsiri nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli deyib ki, yağan yağışlar çiçəklənmə dövründə olan ağaclara ziyandır:

“Hazırda bir çox ağaclar artıq meyvə gətirib, yəni çiçəklənmə dövrünü bitirib, amma hələ də çiçəklənmə dövründə olan ağaclar var. Həmin çiçəklənmə dövrü olan bağlara külək bir qədər xeyir edirsə, yağış zərər vurur. Yağış tozlanmayan çiçəyin üstünə düşəndə çiçəkdə mayalanma prosesi pozulur və çiçəkdən meyvə əmələ gəlmir. Bu baxımdan yağış meyvə bağları üçün zərərlidir.

Dolu isə bütün kənd təsərrüfatı sahələri üçün zərərlidir. Həm birillik, həm çoxillik bitkilər, həm də ağaclar, meyvə bağlarına zərər vurur. Çünki dolu fiziki olaraq bitkini müəyyən dərəcədə zədələyir, məhv eləyir”.

Ekspert hesab edir ki, yağış və dolu düşən rayonlarda məhsuldarlıq az olacaq:

“Dolu br neçə rayon ərazisinə düşüb, bu, həmin rayonlarda məhsuldarlığa mənfi təsir edəcək. Albalı və gilasın çiçəklənmə dövrüdür, yağışlı hava bunlara mənfi təsir göstərir. Bir sözlə, dolu bütün kənd təsərrüfatı sahəsinə, yağış isə çiçəklənmə dövründə olan bağlara zərər vurur. Yağış digər sektora, taxılın bütün növləri, bostan bitkilərinə, dəmyə sahələrinə xeyirdir. 
Sovet dövründə dolu düşməsinə imkan vermirdilər, toplar quraşdırmışdılar, dolu təhlükəsi olanda buludları vurub dağıdırdılar. İndi də Kənd Təssərrüfatı Nazirliyi bir qədər təkmil şəkildə o təcrübədən istifadə etməyi düşünməlidir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moped və motosiklet idarə edən azyaşlılar - Qəza zamanı cavabdeh kimdir?

Moped və motosiklet idarə edən azyaşlılar - Qəza zamanı cavabdeh kimdir?

Arvadına mesaj yazan şəxsi qohumları ilə birgə döydü

Arvadına mesaj yazan şəxsi qohumları ilə birgə döydü

Rəna Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rəna Məmmədova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Yevlaxda DƏHŞƏT: Atasının evində güllələnmiş meyiti TAPILDI

Yevlaxda DƏHŞƏT: Atasının evində güllələnmiş meyiti TAPILDI

Kərim Vəliyev Qazaxıstanın xüsusi medalı ilə təltif olundu – FOTO

Kərim Vəliyev Qazaxıstanın xüsusi medalı ilə təltif olundu – FOTO

Leonid Brejnevin nəticəsi Ukraynada əsir DÜŞDÜ

Leonid Brejnevin nəticəsi Ukraynada əsir DÜŞDÜ

DÇ-də qrup mərhələsinin ikinci turu başlayır

DÇ-də qrup mərhələsinin ikinci turu başlayır

Kayli Cenner 50 milyonluq lüks yaxtasını nümayiş etdirdi - FOTO

Kayli Cenner 50 milyonluq lüks yaxtasını nümayiş etdirdi - FOTO

Bu hərəkətləri etsəniz, vəhşi heyvanları həyət-bacaya dadandıra bilərsiniz – EHTİYATLI OLUN!

Bu hərəkətləri etsəniz, vəhşi heyvanları həyət-bacaya dadandıra bilərsiniz – EHTİYATLI OLUN!

Ronaldo dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

Ronaldo dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

BTC kəməri ilə daşınan neftin həcmi AÇIQLANDI

BTC kəməri ilə daşınan neftin həcmi AÇIQLANDI

Moskvada azərbaycanlıların çalışdığı bazara DRON HÜCUMU – Yaralılar var – ÖZƏL–VİDEO

Moskvada azərbaycanlıların çalışdığı bazara DRON HÜCUMU – Yaralılar var – ÖZƏL–VİDEO

“Zirə” 2 qapıçı ilə DANIŞIQLAR APARIR

“Zirə” 2 qapıçı ilə DANIŞIQLAR APARIR

Ukraynanın “Bars” dron-raketi Moskva səmasında – Hücumun ANBAAN VİDEOSU

Ukraynanın “Bars” dron-raketi Moskva səmasında – Hücumun ANBAAN VİDEOSU

I və IV qruplar üzrə qəbul imtahanının nəticələri nə vaxt elan ediləcək? – RƏSMİ CAVAB

I və IV qruplar üzrə qəbul imtahanının nəticələri nə vaxt elan ediləcək? – RƏSMİ CAVAB

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

İslam İnkişaf Bankı Qrupunun sədri İlham Əliyevə təşəkkür etdi

İslam İnkişaf Bankı Qrupunun sədri İlham Əliyevə təşəkkür etdi

II ixtisas qrupu üzrə ölkə birincisi: “ADA Universitetində təhsil almaq istəyirəm”

II ixtisas qrupu üzrə ölkə birincisi: “ADA Universitetində təhsil almaq istəyirəm”

Şoyqu: "2018-ci ildə Ermənistanda saxta məlumatlardan geniş istifadə olunub"

Şoyqu: "2018-ci ildə Ermənistanda saxta məlumatlardan geniş istifadə olunub"

Prokuror: Bloger məhkəmə zalında həbs olunmalıdır

Prokuror: Bloger məhkəmə zalında həbs olunmalıdır

Botoks miqren ağrılarını azaldırmış – Həkim AÇIQLADI

Botoks miqren ağrılarını azaldırmış – Həkim AÇIQLADI

Prezidentdən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına MÜRACİƏT

Prezidentdən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına MÜRACİƏT

Qusarda yenilənmiş sərhəd komendantlığının açılışından VİDEOREPORTAJ

Qusarda yenilənmiş sərhəd komendantlığının açılışından VİDEOREPORTAJ

Fiziklər ilk dəfə izah etdilər: Çökən ulduzun daxilində necə yeni Kainat yarana bilər?

Fiziklər ilk dəfə izah etdilər: Çökən ulduzun daxilində necə yeni Kainat yarana bilər?

End of content

No more pages to load

RADİO