Hadisə nəticəsində iki sülhməramlı ağır yaralanıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, sülhməramlılar onları daşıyan "Ural" markalı avtomobilin minaya düşməsi nəticəsində yaralanıblar. Hadisə hələlik rəsmən təsdiqlənməyib.
Xatırladaq ki, bu, Rusiya hərbçilərinin Qarabağda ermənilərin basdırdığı minaya düşmələri ilə bağlı ilk hadisə deyil.
Bizim.Media