10 yaşından çalışmağa başladı, yaratdığı təsərrüfatla hər kəsə nümunə oldu – REPORTAJ/FOTO 

Çoxuşaqlı ailənin övladı olan Səadət Həsənova cəmi 3 sinif təhsil alıb. Biləsuvarın Səmədabad kənd ərazisində məskunlaşmış ailənin əsas dolanışığı isə maldarlıqdan olub. Ailədə oğlan uşaqları olsa da təbiiliyə, ev heyvanlarına sevgi onda daha çox olub.

Elə atası da təcürbəli təsərrüfatçı kimi uşaqlıqdan bütün bildiklərini ona öyrədib. Məhz bu praktiki biliklər sayəsində o, son illərdə ev təsərrüfatında çətin saxlanıla bilən keçilərin artırılmasına qərar verib.


Çoxlarının qadın işi kimi baxmadığı, çətinliyindən bezdiyi bu iş onun üçün həyatının mənasına çevrilib.

10 yaşı olanda atası ilk dəfə ev təsərrüfatına keçi alıb gətirir. Təsərrüfatlarında olan heyvanların hər birinə ad qoymağı sevərmiş. Təhsil almağı, xüsusi ilə həkim sənətinə yiyələnməyi arzulasa da, çoxuşaqlı ailənin heyvanlarının bəslənməsi yükü onun üzərinə düşür. Ailə qurduqdan sonra bu sahədən müəyyən qədər uzaqlaşır.


Amma həyat onu bir daha uşaqlıqdan sirrinə yiyələndiyi təsərrüfat işinə qayıdır. İki övladı olan xanım həyatının ən acı anında ruhdan düşmür. Elektriki olmayan, rayon mərkəzindən 30 kilometr uzaqlıqdakı evə dönüb tək-tənha təsərrüfat qurmağa başlayır.

Həyatının əsas dönəmlərinin ştrixlərini qısaca, bir az da kədərlə  danışan xanımın əhval-ruhiyyəsi indiki təsərrüfat həyatından danışanda pozitiv tonlara doğru dəyişir.

“Ümumiyyətlə  təbiətin sakitliyi, heyvanların səmimiliyi mənim həyat harmoniyama daha çox yaxındır. Keçi isə artımlı heyvandır, illik bala verən heyvandır. Bilməyiniz üçün deyim ki, keçi balasının erkəyinə “dıbır”, dişisinə “çəpiş” deyirlər. Keçi ətinin ləzzəti öz yerində, piyindən, südündən də müalicə üçün istifadə edilir.
Onu da deyim ki, bəzən yeni doğulan körpəyə də süd ehtiyacını keçinin südü ilə ödəyirlər. Bir dəfə doğum zamanı ölən ananın körpəsi üçün keçi südü axtarırdılar. Körpə böyüyənə qədər təmannasız süd göndərdim onun üçün. Ana südünə çox yaxındır keçi südü”.

Günlərin bir günü isə xanım təsərrüfatçı yerli keçi sortları ilə bərabər ərəb sortlu heyvanların çoxaldılmasına üstünlük verməyi qərara alıb. Xüsusilə, Hələb cins keçilərin iqtisadi baxımdan səmərəliliyi onun diqqətini cəlb edir. Bu keçilər əksər hallarda əkiz, üçəm və dördəm bala verir ki, bu da təsərrüfatda gəlirləri sürətlə artırmağa imkan verir.



“Keçinin dərisi əlçək, çanta, ayaqqabı istehsalında, yunu isə toxuculuqda əvəzsizdir. Hələb keçisi saxlamaq sərfəlidir, südü çox az olsa da, ətliyi çoxdur. Hazırda təsərrüfatımda 50-dən çox keçi var. Hamısına da uşaqlıqdakı kimi ad qoymuşam. Bax o, “Dəlisov”dur,  adı da xarakterinə uyğundur. Gözəlliyinə görə, yunun parlaqlığına görə o birinə “Ceyran” adı vermişəm”.

Xanım deyir ki, keçi ən şirin otları tanıyır və yalnız onları yeyir. Zarafatla əlavə edir ki, keçidən çox şey öyrənmək olar.

“İnadkar olmağıdamı keçidən öyrənməliyik?” sualımıza isə konkret cavab verir:


“Niyə də yox?! “Keçi kimi inadcıl” sözünü bizdə pis qəbul edirlər, amma yox. Üstəlik, heç insan özü keçi qədər hissiyatlı deyil. Sizə deyim, hərdən fikrə gedirəm, uzaqlara baxıram, hamı da belə an olur, yorğun oluram. Bir də görürəm ki, hansısa əlimə toxunur, sonra o biri gəlir, sonra daha birisi... Hiss edirlər, səni tək qoymurlar. Məncə, xüsusi ilə qadınlar öz xoşbəxtliyini öz əlləri ilə qurmaq, öz ayaqları üzərində dayanmaq üçün elə “keçi kimi inadkar” olmalıdırlar.”



Sabutay, Bizim Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Prezidentdən növbəti paylaşım: “Bu gün sülh artıq reallıqdır” - VİDEO

Prezidentdən növbəti paylaşım: “Bu gün sülh artıq reallıqdır” - VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

İlham Əliyevdən PAYLAŞIM: Dostlarımızın sayı ilbəil artır - VİDEOÇARX

İlham Əliyevdən PAYLAŞIM: Dostlarımızın sayı ilbəil artır - VİDEOÇARX

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

İrandan Ermənistana XƏBƏRDARLIQ: “Hədəf ola bilərsiniz!”

İrandan Ermənistana XƏBƏRDARLIQ: “Hədəf ola bilərsiniz!”

Sabah bəzi ərazilər qazsız qalacaq

Sabah bəzi ərazilər qazsız qalacaq

Prezidentə gələn növbəti TƏBRİK...

Prezidentə gələn növbəti TƏBRİK...

Lavrov Ukraynaya kütləvi zərbələrin ANONSUNU VERDİ

Lavrov Ukraynaya kütləvi zərbələrin ANONSUNU VERDİ

İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı - FOTO

İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı - FOTO

"Apple"ın 2027-ci il planları məlum oldu - Hansı "sürpriz"lər olacaq?

"Apple"ın 2027-ci il planları məlum oldu - Hansı "sürpriz"lər olacaq?

Cəlilabad sakini faciəvi şəkildə HƏYATINI İTİRDİ

Cəlilabad sakini faciəvi şəkildə HƏYATINI İTİRDİ

DÇ-2026-nın əsas favoritləri bəlli oldu - İLK ONLUQ

DÇ-2026-nın əsas favoritləri bəlli oldu - İLK ONLUQ

ABŞ və İranın razılığından sonra ilk tankerlər Hörmüz boğazından keçdi

ABŞ və İranın razılığından sonra ilk tankerlər Hörmüz boğazından keçdi

End of content

No more pages to load

RADİO