Ağstafada sürücünün idarəetməni itirməsi ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Köçüəsgər kəndində hərəkətdə olan 90-FA-306 dövlət nömrə nişanlı, "VAZ-21099" markalı minik avtomobili ağaca çırpılıb.
Qəza zamanı Goranboy rayon sakini, 2005-ci il təvəllülü Murad Məmmədov hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər 3 nəfər - 2003-cü il təvəllüdlü Sənan Hüseynov, 2004-cü il təvəllüdlü Kamal Mikayılov və 2002-ci il təvəllüdlü Niyaməddin Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu