Cəlilabadda çiyələyin qiyməti sürətlə ucuzlaşmaqdadir.
Bizim.Media xəbər verir ki, mövsümün əvvəlində 5-7 manata satılan bu məhsul az öncə 2.50 qəpiyə enmişdisə, hazırda bazarlarda çiyələyin kilosu 1.50 qəpiyə təklif olunur.
Yerli fermerlərin sözlərinə görə, məhsulun tezliklə bu qiymətə enəcəyi gözlənilməz olub.
Üstəlik sahələrdən topdansatış qiymətləri daha ucuzdur. Mövcud vəziyyət məhsulun bolluğu və çiyələk əkinin genişlənməsi ilə izah edilir. Məhsulun daha da ucuzlaşacagı istisna edilmir.
Qeyd edək ki, bu il Cəlilabadda 560 hektarda çiyələk əkini aparılıb ki, bu da keçən ilki göstəricidən 55 hektar çoxdur.
Sabutay, Bizim.Media, Cənub bürosu