Lənkəranda nəqliyyat qəzası bir piyadanın ölümünə səbəb olub.
Bizim.Media xəbər verir ki, fakt Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.
Lənkəran şəhəri ərazisində fəaliyyət göstərən "Dairəvi-1" marşrutu xətti üzrə hərəkət edən "PAZ" markalı avtobus 1939-cu il təvəllüdlü İbrahim İbrahimovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma davam edir.
Sabutay, Bizim.Media, Cənub bürosu