Bir müddət əvvəl Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Valeh Abdullayevin yerinə təyinat olub.
Bizim.Media-nın yerli bürosunun rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar Sahəsinin yeni rəisi vəzifəsinə Azər Mirzəyev təyin olunub.
Qeyd edək ki, yeni təyin olunan Azər Mirzəyev bölgədə tikinti sektorunda bir sıra vəzifələri icra edib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu