İqtisadçı ekspert Cəfər İbrahimli AzMİU tələbələri üçün master-klass keçdi - FOTO 

“Assist Finans” İnvestisiya şirkətinin direktoru, iqtisadçı ekspert Cəfər İbrahimli Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti - iqtisad fakültəsində (TİF) təhsil alan tələbələrə “Azərbaycanda kapital bazarı və iqtisadiyyatın maliyyələşmə imkanları” mövzusunda master-klass keçib. 

Bizim.Media “redaktor.az”a istinadən xəbər verir ki, görüşdə tələbələrlə yanaşı, AzMİU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, TİF fakültəsinin dekanı dosent Turan Aslanova, dekan müavini Ayyət Abdullayev və Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günel İmamquliyeva da iştirak edib. 

Dekan Turan Aslanova master-klas əhəmiyyətinə diqqət çəkib və sözü şirkətin direktoru Cəfər İbrahimliyə verib. 


Qonaq mövzuya uyğun olaraq Azərbaycanda kapital bazarı və iqtisadiyyatın maliyyələşmə imkanlarından bəhs edib. Azərbaycanın kapital bazarındakı peşəkar iştirakçılara diqqət çəkib, bundan başqa o, qiymətli kağızların növlərindən söz açıb. Həmçinin C.İbrahimli kapital bazarında aparılan əməliyyatın sxemini təqdim edib və buna dair müfəssəl izahlar verib.

İnvestisiya şirkətinin əsas xidmətlərinə toxunan təlimçi qeyd edib ki, bu sahəyə əsasən qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi daxildir. 


IPO (İlkin Kütləvi Təklif) və onun üstünlükləri barədə də informasiya verən təlimçi tikinti və iqtisadiyyat sahələrində həyata keçirilən layihələr və onların icra mərhələlərindən də danışıb. Layihənin emitent və investor üçün üstünlüklərini sadalayıb.

Bununla yanaşı, C.İbrahimli korporativ istiqrazlar, kapital bazarında investisiyaların bank əmanətləri ilə müqayisəsi və üstünlüklərinə dair təfsilatlı, dolğun məlumatlar verib. 

İnteraktiv formada təşkil olunan görüş sual-cavab formatında davam edib və sonda xatirə fotosu çəkdirilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

Bakıdan Naxçıvana uçuşlar təhlükəsizlik səbəbindən LƏĞV EDİLDİ

Bakıdan Naxçıvana uçuşlar təhlükəsizlik səbəbindən LƏĞV EDİLDİ

End of content

No more pages to load

RADİO