Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Quba rayon sakini 1980-ci il təvəllüdlü Vüqar Cəmayev Kəlbəcər rayonu ərazisində yerləşən yaşayış binasının 4-cü mərtəbəsində işləyən zaman yıxılıb.
O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, Vüqar Cəmayev Kəlbəcərdə yaşayış binasında usta işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media