Xəzərdə Dubay NÜMUNƏSİ – Süni adaların yaradılması ölkəmizə nə qazandıracaq?

Xəbər verdiyimiz kimi Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq.Bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. Belə ki, “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.

Yeni qanun layihəsinə əsasən, aidiyyəti dövlət orqanları, hüquqi və fiziki şəxslər süni torpaq sahəsinin yaradılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edə bilərlər.

Müraciətdə süni torpaq sahəsinin yaradılması üçün ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yer, ölçüsü, süni torpaq sahəsinin yaradılması məqsədi, üzərində inşa ediləcək tikinti obyektlərinin təyinatı və növü, süni torpaq sahəsinin yaradılması və tikinti obyektlərinin inşası ilə bağlı işlərin başa çatma müddəti göstəriləcək.

Bununla belə, yeni qanunla Azərbaycanda dəniz üzgüçülüyünə təhlükə və maneə yaradan süni torpaq sahələrinin yaradılması qadağan ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri YARADILACAQ 


Göründüyü kimi yeni qanunvericilik təşəbbüsü sırf turizm məqsədi daşıyır. Çünki son zamanlar dənizin geri çəkilməsi hesabına Xəzər sahillərində xeyli boş ərazilər yaranıb. Bəzi iş adamları da həmin sahələrdə turizm obyektləri yaratmaq istəyir. Amma bu təklif nə qədər maraqlı görünsə də, bir o qədər risklidir.

“Xəzər yenidən qabaracaq”

Məsələnin risklərindən danışan iqtisadçı-ekspert Fuad İbrahimov Bizim.Media-ya bildirdi ki, hazırda biz Xəzər dənizinin geri çəkilmə fazasını yaşayırıq:

“Amma Xəzəri tədqiq edənlər, Xəzərin tarixini bilənlər yaxşı bilir ki, zaman-zaman bu dəniz geri çəkilib, sonra da sürətlə qabarıb. Bu proses bəzən 30-40 il çəkir. İndiki zamanda Xəzər dənizinin geri çəkilmə prosesi gedir. 

Nəzərə alaq ki, yaxın 20 ildə Xəzər dənizi yenidən qabaracaq. Bu da həm bu vaxtadək dəniz kənarında inşa edilmiş yaşayış massivlərinə və infrastruktura, həm də yeni reallaşacaq layihələrə ciddi ziyan vuracaq. 

Xatırladaq ki, ötən əsrin 70-ci illərində Xəzərin qabarması hesabına sahilboyu bir çox ərazilər su altında qaldı. Hətta Lənkəranın bir neçə kəndi məcburiyyətdən köçürüldü. Bakı-Astara dəmir yolu su altında qalma təhlükəsi ilə üzləşdi. Bax, bu təhlükə yenə də qalır”.

İqtisadçı ekspert xatırladıb ki, hazırda Abşeron yarımadasında Xəzər sahillərində intensiv inşaat işləri aparılır:

“Bunun da əksəriyyəti müvafiq elmi-tədqiqat institutlarından rəy almadan reallaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir dövlət orqanı kimi bu məsələdə prinsipiallıq göstərməlidir. Həyata keçirilən bütün layihələrə kifayət qədər kapital yatırılır. Sabah dəniz qabaranda və o ərazilər su altında qalanda investora dəymiş ziyanı kim ödəyəcək? Axı, investorlar o ərazilərdə tikintini özbaşına yox, yerli icra hakimiyyətlərinin razılığı əsasında inşa edir. Bu da ciddi narahatlıq doğurur”. 

Fuad İbrahimov bu məsələdə dünya praktikasnıdan da danışıb:

“Nəzərə alaq ki, süni adaların yaradılması yeni söhbət deyil. Dünyanın bir çox ölkələri bu variantı sınaqdan keçiriblər. Təkcə Yaponiyanın təcrübəsinə baxmaq kifayət edir. Bu ölkədə açıq dənizdə hava limanları inşa edilib. Dənizdə bir çox infrastrukturlar yaradılıb. Ona görə də Azərbaycanda da belə bir layihənin reallaşdırılması mümkündür. Amma hər bir təşəbbüsün elmi əsası olmalıdır”. 

Həmsöhbətimiz yeni ideyalar ortaya atan şəxslərin nədənsə Nargin adası haqqında susqunluqlarını anlamadığını deyib:

“Halbuki, bu adanın çox böyük turizm potensialı var. Burada tarixlə bu günün çox gözəl vəhdətini təşkil etmək olar. Nəzərə alaq ki, son 150 ildə bu ada hərbi məqsədlər üçün istifadə edilib. Rusiya və Sovet höküməti bu ərazidən hərbi əsirləri saxlamaq üçün faydalanıb. Və bu proseslərin adada dəhşətli izləri bu gün də qalıb. 
Bax, bu izləri tarixi abidə kimi yeniləmək olar, eyni zamanda adanın boş hissəsində gözəl turizm obyektləri inşa oluna bilər. Beləcə, bura gələn həm tarixi yerlərlə tanış olar, həm də gözə günəş vannası qəbul edər. Əminliklə deyə bilərəm ki, Nargin adasını azad iqtisadi zona kimi də istifadə etmək olar, əyləncə mərkəzinə də çevirmək imkanı da var. Yəni adanın çox böyük biznes potensialı var. Yaxşı olar ki, bu məsələ də gündəmə gətirilsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

End of content

No more pages to load

RADİO