“Mən siyasi məhbus deyiləm, adımdan istifadə olunmasın” - Nazim Bəydəmirli

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Nazim Bəydəmirlinin vəkili prosesdə bir sıra vəsatətlə çıxış edib.

Həmin vəsatətlərdən biri seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub. Vəkil vəsatətini onunla əsaslandırıb ki, müvəkkili ictimai şəxsdir, bundan əvvəl cinayət törətməyib, həmçinin şahidlərə təsir etmək imkanı yoxdur.

Müdafiə tərəfinin digər vəsatəti iddia olunan cinayət işinin cəlbetmə müddətinin keçməsi ilə bağlıdır. Vəkil hesab edir ki, iş materiallarında iddia olunan cinayət əməli 30 il əvvəl baş verib. Bu səbəbdən cinayət təqibinə xitam verilməlidir. 

Nazim Bəydəmirli özü də vəkilinin vəsatətlərinə münasibət bildirib:

“Guya 1996-cı ildə baş vermiş hadisə ilə bağlı mənə ittiham irəli sürülüb. 4 iyulda mənə ittiham verilib, hansı ki, həmin gün mən guya zərərçəkmiş olan Ədalət Bağırovdan şikayətə gəlmişdim. Mən ondan heç nə tələb etməmişəm. Biz şərik olmuşuq, şikayətimdə də onu demək istəyirdim ki, mənim onunla ortaq şirkətimdə 30 faiz payım var. 6 saat sonra məni elə Ədalət Bağırovun şikayəti əsasında saxladılar”.

Nazim Bəydəmirli son olaraq özünü siyasi məhbus hesab etmədiyini qeyd edib:

“Mən siyasi məhbus deyiləm. Çünki siyasi fəaliyyətim yoxdur. Mənim adımdan istifadə olunmasını istəmirəm. Mən siyasi fəaliyyətimə görə həbs edilməmişəm. İqtidara və müxalifətə də eyni məsafədə olan adamam. Mən dövlətimə, vətənimə sadiq adamam”.

Prokuror vəsatətlərin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Məhkəmə prokurorla razılaşıb. Müdafiə tərəfinin qaldırdığı vəsatətlər rədd edilib. İlk baxış iclası mayın 13-nə təyin edilib. 

Qeyd edək ki, N.Bəydəmirli 9 ay əvvəl iki nəfəri şantaj etmək ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər - İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ruhinin dəbdəbəli villasının görüntüləri – VİDEO

Ruhinin dəbdəbəli villasının görüntüləri – VİDEO

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

End of content

No more pages to load

RADİO