Niyə uşaqlıqda biz illəri, qocalıqda illər bizi qovur? – ELMİ İZAH 

Bəzən bizə elə gəlir ki, uşaq vaxtı zaman yavaş, amma yaşlandıqca günlər, aylar daha sürətlə keçir. Təbii ki, hər birimizi məşğul edən bu sualın elm üçün tədqiqat obyekti olması təəccüblü deyil.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı alimlər tədqiqat aparıblar. 

Tədqiqat işinə xeyli sayda uşaq və yaşlı nəslin nümayəndəsi cəlb olub. Yekunda məşhur suala cavab tapılıb. 

Elm sübut edib ki, zaman paradoksunun məntiqi həlli var. 

Uşaqlıqda heç də hər şey anlaşılmır, hər şey bilinmir. Ona görə də uşaqlar hər bir hadisəni yaxından öyrənməyə çalışır. Buna da müəyyən vaxt gedir. Nəticədə subyektiv zaman daha yavaş axır.

Lakin daha yetkin yaşda beyin çox şeyi bilir, dərk edir. Hər şeyi bildiyi üçün də  sadəcə olaraq təfərrüatları, situasiyaları və hətta varlığın bütün duyğularını kənara qoyur. Çünki baş verənlərin çoxunda onlar üçün yeni heç nə yoxdur. Ona görə də yaşlı nəsil üçün zaman ildırım sürəti ilə ötüb keçir.

Alimlər onu da dəqiqləşdiriblər ki, yeni - tanımadığımız məkanda zaman daha ləng axır. Deyək ki, həftə sonu tanış olmayan bir şəhərə getsəniz, orada 2 gün vaxt keçirib geri dönsəniz, o zaman işdən uzun müddət ayrıldığınızı düşünəcəksiniz. Ancaq evdə qalsanız, həftə sonunun necə keçdiyini hiss etməyəcəksiniz.

Yaşlandıqca vaxt daha sürətlə keçir

Tədqiqatlar sübut edib ki, iki yaşlı bir uşaq üçün bir il ömrün 50%-ni təşkil edir. 50 yaşlı insan üçünsə bir il ömrün 2%-ni təşkil edir. Beyin isə vaxtı mütləq müddətlə deyil, bütün həyat təcrübənizə nisbətən fraksiyalarla qəbul edir. Beləliklə, iki yaşlı bir uşağın bir ili 50 yaşlı bir insanın 25 ilidir.

Tədqiqatlar zamanı alimlər digər maraqlı nəticələri də ortaya çıxarıblar. Məsələn, məlum olub ki, ürəyin ritmi zamanın sürətini müəyyən edir. Əgər ürək daha sürətli döyünürsə, zaman uzanır. Məlumdur ki, uşaqlarda ürək döyüntüsü  çox sürətli olur.

Başqa bir maraqlı məqamsa ondan ibarət olub ki,  insan çətinliyə düşəndə ​​zaman yavaşlayır. Çünki beyin çətinliklər zamanı daha ləng işləyir. Daha doğrusu, beyin daha çox hesablama apardığı üçün zaman axsayır. Uşaqlarınsa heç bir qayğısı olmur. Bundan əlavə insan sevincli olanda az düşünür.

Həmin zamanın dadını çıxartmağa çalışır. İnsan düşüncədən uzaq olanda  isə zaman “uçub gedir”. Təsadüfi deyil ki, sevincli saatlarımız bir an, kədərli dəqiqələrimizi isə bir il kimi görünür.

Elmi tədqiqatlar zamanı üzə çıxan başqa bir məsələ insanların yaş xüsusiyyətinə görə məsələyə yanaşmasıdır.

Məsələn, yaşlı nəsil innovasiyalara, texniki yeniliklərə çox zaman laqeyd olur, “bu mənlik deyil” deyir. Beləcə, zamanı süni şəkildə qabaqlayır. Amma gənc nəsil innovasiyalara daha açıq və həvəsli olur. İstənilən uşaq və yeniyetmə əlinə düşən telefonla, kompüterlə saatlarla vaxt keçirə bilir. Yeniliyi öyrənmək həvəsi də təbii ki, zaman alır. 
Və buradan belə bir nəticə ortaya çıxır: qocalıqda zamanın daha ləng getdiyini söyləməyin mənası yoxdur. Bu sadəcə insanların ətrafda baş verənlərə biganə münasibətinin nəticəsidir. Uşaqlarınsa öyrənmək eşqi bir çox hallarda “zamanı yavaşladır. Vəssəlam...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ruhinin dəbdəbəli villasının görüntüləri – VİDEO

Ruhinin dəbdəbəli villasının görüntüləri – VİDEO

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

End of content

No more pages to load

RADİO