133,373 hektar ərazi minalardan təmizlənib - FOTO

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Ağdam rayonuna səfəri baş tutub.

Bizim.Media xəbər verir ki, səfərdə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İşçi qrupun üzvləri Ağdam rayonunda minatəmizləmə əməliyyatlarına cəlb olunan Fövqəladə Hallar Nazirliyinin, qadınlardan ibarət minatəmizləmə qruplarının və yerli minatəmizləmə şirkətinin fəaliyyəti ilə tanış olublar. İşçi qrup üzvləri icra edilən layihələrin gedişatını, o cümlədən aşkarlanan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər. Səfər çərçivəsində Ağdam rayonunda İşçi qrupun növbəti iclası keçirilib.

Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda açılış nitqi ilə çıxış edərək hökumət tərəfindən təsdiq edilmiş illik tədbirlər planına əsasən icra olunan humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib.
O bildirib ki, əsasən yaşayış məntəqələrinin bərpası, nəqliyyat, energetika infrastrukturları, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 133,373 hektar ərazi təmizlənib, 118 835 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.

 İclasda, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib, cari məsələlər müzakirə olunub, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində maarifləndirmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Cari və növbəti illərdə işğaldan azad edilmiş ərazilərə daha çox sayda keçmiş məcburi köçkünlərin geri qayıdışını nəzərə alaraq maarifləndirmə işlərinin və müvafiq qurumlarla bu istiqamətdə birgə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupun iclaslarının ərazilərdə keçirilməsi Böyük Qayıdış proqramının əsas prioritetlərindən biri olan minatəmizləmə prosesinin dinamikliyi və bu prosesə cəlb olunan qurumların icra etdiyi minatəmizləmə əməliyyatları ilə yerlərdə yaxından tanış olmaq imkanı verir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Ruhinin dəbdəbəli villasının görüntüləri – VİDEO

Ruhinin dəbdəbəli villasının görüntüləri – VİDEO

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

End of content

No more pages to load

RADİO