Quba-Xaçmaz regional Elm və Təhsil İdarəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530-cu illliyi ilə əlaqədar keçirilən "Nə", "Harada", "Nə zaman" intelektual turnir başa çatıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, regional idarənin əhatə etdiyi Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonlarının məktəbləri üzrə keçirilən yarışda şəhid Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbin komandası qalib gələrək 1-ci yeri tutub.
Bu gün Quba-Xaçmaz regional Elm və Təhsil İdarəsində keçirilən "Məhəmçəd Füzuli ayı" çərçivəsində keçirilən yekun tədbirdə Qusar komandasına idarənin fəxri fərmanı və kubok təqdim edilib.
İkinci və üçüncü yerləri tutan Xaçmaz və Şabran komandaları da mükafatlandırılıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu