Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazma bu muzeydə saxlanılır – REPORTAJ/FOTO 

Azərbaycanda latın qrafikalı əlifbanın ilk əlyazması bu muzeydə qorunur. Sözügedən muzey qədim Şəkidə, dahi mütəfəkkür M.F.Axundzadənin adını daşıyır və ilk xatirə ev muzeyi kimi 85 il əvvəl təşkil olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mirzə Fətəli Axundzadə yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olub.

Filosof alimin vəfatından isə 146 il ötür

Muzeyin direktoru Ulduz Xəlilova dahi mütəfəkkirin həyatı ilə bağlı danışarkən bildirir ki, Mirzə Fətəli Axundzadə 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb.

Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Ulduz xanım onu da əlavə edir ki, dövrünün müasir elmləri ilə maraqlanan Mirzə Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə isə o, Tiflisə gedir, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi veriir.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət verir, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirir.

Xatirə ev muzeyi iki hissədən-Axundzadənin doğulduğu evdən və eksponatların nümayiş etdirildiyi sərgi salonundan ibarətdir.

Yeri gəlmişkən, muzeydə 600-ə yaxın eksponat nümayiş etdirilir. Onların sırasında elə bir nadir eksponat var ki, qiyməti, dəyəri əvəzolunmazdır. Bu eksponat dahi mütəfəkkirin əl yazısı şəklindədir. Çoxları hələ də bilmir ki, dahi mütəfəkkir həm də latın qrafikalı əlifbanın ilk müəllifi hesab olunur. Muzeydəki ən qiymətli eksponatlardan biri də məhz M.F. Axundzadənin ilk dəfə latın əlifbası ilə bağlı hazırladığı layihədir.

Qeyd edək ki, M.F.Axundzadə öz yaradıcılığında həmişə dünya maarifçiliyinə böyük önəm verib. 1878-ci ilin mart ayında ürək xəstəliyindən Tiflisdə vəfat edən filosof alim elə həmin şəhərin müsəlman qəbiristanlığında dəfn olunub. Təsadüfi deyil ki, dahi mütəfəkkirin əziz xatirəsi Tiflisdə də hər zaman ehtiramla anılır. Hazırda bu şəhərdə Axundzadənin adını daşıyan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.













Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

End of content

No more pages to load

RADİO