Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin DETALLARI

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Telli Adiyevanın cinayət işinin bəzi detalları məlum olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, istintaqla müəyyən olunub ki, Telli Adiyeva Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Fərhad Əhmədova yalan vəd verərək ona qarşı dələduzluq edib.

Belə ki, F.Əhmədova külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla ondan hissə-hissə cəmi 161 min 649 manat 16 qəpik məbləğində dələduzluq edib.

Bundan başqa, o, təkrarən tamah niyyəti ilə Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Elnur Tağıyevə külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib 17 min manat məbləğində nağd pul alıb. Həmin pulun 5 min manatını Elnur Tağıyevə qaytarsa da, qalan 12 min manat pulu ələ keçirib.

Eyni zamanda, Telman Ağakişiyevə 6 min manat, Taleh Süleymanova 8 min manat, İlkin Əlixanova 7 min manat məbləğində dələduzluq edib. Daha sonra onlar Səbuhi Qədirova külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verərək aldatmaqla 52 min manat, Aida İbrahimovadan isə aldıqları 17 min manatın 10 min manatını ona qaytarsa da, 7 min manat məbləğində dələduzluq edib.

Həmçinin təqsirləndirilən şəxs Kəmaləddin Adiyevlə qabaqcadan ǝlbir olaraq, Gülnarə Rəhimovaya bank vǝ lombardlardan ucuz qiymətə qızıl-zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verərək, 6 min 280 manat məbləğində dələduzluq edib.
İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs tanışı Səfurə Zeynalzadəyə “Invest Az” şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə olunacaq qazancdan ona verəcəyinə dair yalandan vəd verib aladadaraq, 8 min 500 manat məbləğində dələduzluq edib.

O, digər tanışı Aygün Əliyevaya da “Invest Az” şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə ediləcək qazancdan ona vəd verib aldatmaqla ümumilikdə 10 min 870 manat məbləğində dələduzluq edib.

Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.

İş üzrə 10 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb.

Telli Adiyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsində ittiham irəli sürülüb.

Bu işdə adı hallanan Kəmaləddin Adiyevə qarşı isə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülməklə ayrıca iş olaraq icraata ayrılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Xalq artistinə AĞIR İTKİ

Xalq artistinə AĞIR İTKİ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

ABŞ-İran danışıqlarının başlaması İsrailə görə təxirə düşdü – YENİ DETALLAR

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

İsrail yenidən Livana zərbələr endirdi – VİDEO

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

Su vasitəsilə yayılır, ölümcüldür – Yeni parazitlə bağlı HƏYƏCAN TƏBİLİ

End of content

No more pages to load

RADİO