Ödənişli yolun Bakı-Quba-Rusiya sərhədi yolunun Xaçmaz rayonundan keçən hissəsində "KİA" markalı avtomaşın aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakı istiqamətində hərəkət edən "KİA" markalı avtomobildə olan sərnişinlərdən 3 nəfər xəsarət alıb.
Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.