Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO

Bakıda Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Mətbuat Şurasından Bizim.Media-ya bildirilib ki, memorandumun imzalanması ilə bağlı keçirilən tədbirdə Şuranın sədri Rəşad Məcid Azərbaycanla Özbəkistan arasında bütün sahələrdəki yüksək səviyyəli münasibətlərdə son illər ayrıca media müstəvisinin də formalaşdığına diqqət çəkib və bunu əlamətdar hal kimi vurğulayıb.

O, Özbəkistan Jurnalistlər İttifaqı ilə Mətbuat Şurasının birgə əməkdaşlığının ümumi prosesə töhfə verəcəyinə əminliyini dilə gətirib. MŞ-nin sədri memorandumda nəzərdə tutulan ayrı-ayrı müddəaların birgə fəaliyyətin sistemli şəkil alması baxımından əhəmiyyətini qeyd edib.
Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov media amilinin əhəmiyyətindən söz açaraq, özbək və Azərbaycan jurnalistləri arasındakı təmasların gücləndirilməsini zəruriləşdirən məqamlardan danışıb, həmçinin rəhbərlik etdiyi qurumun müxtəlif ölkələrin media birlikləri ilə münasibətləri barədə məlumat verib. O, Mətbuat Şurası ilə əməkdaşlıq memorandumunun qarşılıqlı təcrübə mübadiləsi və digər məqamlar baxımından əhəmiyyətini əsaslandırıb. Sənədin oturuşmuş platforma kimi özünü təsdiqləyəcəyinə inamını dilə gətirib.

MŞ-nin İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, hər iki ölkənin media əlaqələrinin gücləndirilməsinin ortaq dəyər və mənafelərin təbliğindəki əhəmiyyəti böyükdür. O, bu baxımdan əməkdaşlıq memorandumunun faydalı nəticələr verəcəyinə əminliyini deyib, təkliflərini səsləndirib.

Digər çıxış edənlər son illərdə Özbəkistan və Azərbaycan arasındakı media əlaqələrindəki intensivliyi təsdiqləyən məqamlardan söz açıb, müştərək işbirliyinin davamı üçün etibarlı bazanın mövcudluğunun məmnunluq doğurduğunu deyiblər. Türk dünyasının ölkəmiz üçün müstəsna inteqrasiya xətti olduğunu bildirib və bu baxımdan diqqəti Azərbaycan dövlətinin siyasi kursuna yönəldiblər. Natiqlər çıxışlarında Azərbaycanın və Özbəkistanın aparıcı media qurumlarının əməkdaşlığını aktuallaşdıran məqamlara toxunub, perspektiv əlaqələrin daha sistemli şəkil alacağına inandıqlarını bildiriblər.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rüstəm İsayev vəfat etdi – FOTO

Rüstəm İsayev vəfat etdi – FOTO

Zaqatalada 58 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var – YENİLƏNİB

Zaqatalada 58 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var – YENİLƏNİB

Milli Məclis mühüm sazişi TƏSDİQLƏDİ

Milli Məclis mühüm sazişi TƏSDİQLƏDİ

Bu şəxslərin pensiya yaşı azaldıla bilər – Deputatdan TƏKLİF

Bu şəxslərin pensiya yaşı azaldıla bilər – Deputatdan TƏKLİF

6 ay əvvəl də qəzaya düşmüşdü- Bu dəfə həyatını itirdi...

6 ay əvvəl də qəzaya düşmüşdü- Bu dəfə həyatını itirdi...

Gömrük borcuna görə ölkədən çıxışına “stop” qoyulanların NƏZƏRİNƏ

Gömrük borcuna görə ölkədən çıxışına “stop” qoyulanların NƏZƏRİNƏ

Dövlət büdcəsindəki profisitin MƏBLƏĞİ AÇIQLANDI

Dövlət büdcəsindəki profisitin MƏBLƏĞİ AÇIQLANDI

Hərbçilərə ŞAD XƏBƏR: Maaş artımı gözlənilir

Hərbçilərə ŞAD XƏBƏR: Maaş artımı gözlənilir

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı YENİLİK

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı YENİLİK

ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

Dövlət büdcəsinin vəsaitləri hara xərclənib? – STATİSTİKA

Dövlət büdcəsinin vəsaitləri hara xərclənib? – STATİSTİKA

Apreldə sel sularının dağıtdığı yolda son vəziyyət – VİDEO

Apreldə sel sularının dağıtdığı yolda son vəziyyət – VİDEO

Mətanət Əliverdiyeva efirdə ağladı -Köməyinə gəldilər - VİDEO

Mətanət Əliverdiyeva efirdə ağladı -Köməyinə gəldilər - VİDEO

Bu məşhurların narkotik testi pozitiv çıxdı – ADLAR

Bu məşhurların narkotik testi pozitiv çıxdı – ADLAR

İyunun sonuna qədər cekpotu udacaq 5 BÜRC

İyunun sonuna qədər cekpotu udacaq 5 BÜRC

Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Əhalinin DİQQƏTİNƏ – Sığortanın zərəri qarşılamadığı hallar AÇIQLANDI

Əhalinin DİQQƏTİNƏ – Sığortanın zərəri qarşılamadığı hallar AÇIQLANDI

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

End of content

No more pages to load

RADİO