Ağdərədə odlu silahlar aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları Ağdərə şəhər ərazisindən 2 avtomat, 2 tapança, 15 müxtəlif patron darağı, 2 dəbilqə, 2 canqoruyucu, 1 süngü bıçaq və 534 ədəd patron aşkar edərək götürüblər.
Araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu