Azadlıqda gəzən qatil Salyan camaatını təşvişə salıb…

Salyan rayonunun Kərimbəyli kəndində əhali təşviş içindədir. Buna səbəb təxminən iki ay öncə kənddə baş verən qətlin üstünün açılmaması, qatilin hələ də azadlıqda olmasıdır. Kənd sakinləri azadlıqda olan qatilin bir gün onların da “qapısını döyə biləcəyindən” qoxur. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, fevralın 29-da Kərimbəyli kəndinin sakinləri olan, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədova ağır işgəncə verilərək qətlə yetirilib.

Qətlin təfərratları göstərir ki, qatil kifayət qədər qəddardır. Baş verən hadisənin üzərindən iki aya yaxın müddət keçməsinə baxmayaraq, qatil tapılmayıb.  

Kənd sakinləri bildirir ki, qatilin tapılması işi ləng gedir. Bununla bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, konkret cavab alınmayıb.  
Öldürülən şəxslərin yaxınları hesab edirlər ki, bir qatili iki ay müddətində tapmamaq təkcə qeyri-peşəkarlıqdan yox, hansısa digər məqsədlərdən də qaynaqlana bilər. 

Texnologiyanın bu qədər inkişaf etdiyi XXI əsrdə bir kənddə baş verən qətlin üstünün açılmaması şübhələrə yol açır. 

Necə olur ki, qatil əlini-qolunu sallayaraq, gəzə bilir?  

İki aya yaxın müddət keçməsinə baxmayaraq, qatil niyə tapılmayıb?  

Cəzasız qalan qatilin yeni qətllər törətməyəcəyinə kimsə zəmanət verə bilərmi? 

Sakinlər haqlıdır. Çünki qatil hələ də azadlıqdadır və heç kim zəmanət verə bilməz ki, qətllərini davam etdirməyəcək. Artıq Kərimbəyli kəndindəki təşviş digər kəndlərə, ümumilikdə Salyan rayonuna sirayət edib. Hər kəs tezliklə qətlin üstünün açılmasını, qatilin həbs edilməsini istəyir. Müvafiq qurumlar bu məsələyə diqqət ayırmalıdır. Əks təqdirdə cəzasız qalan qatilin yeni “qurbanları” ola bilər.

Vaqif Hüseynli 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rüstəm İsayev vəfat etdi – FOTO

Rüstəm İsayev vəfat etdi – FOTO

Zaqatalada 58 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var – YENİLƏNİB

Zaqatalada 58 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var – YENİLƏNİB

Milli Məclis mühüm sazişi TƏSDİQLƏDİ

Milli Məclis mühüm sazişi TƏSDİQLƏDİ

Bu şəxslərin pensiya yaşı azaldıla bilər – Deputatdan TƏKLİF

Bu şəxslərin pensiya yaşı azaldıla bilər – Deputatdan TƏKLİF

6 ay əvvəl də qəzaya düşmüşdü- Bu dəfə həyatını itirdi...

6 ay əvvəl də qəzaya düşmüşdü- Bu dəfə həyatını itirdi...

Gömrük borcuna görə ölkədən çıxışına “stop” qoyulanların NƏZƏRİNƏ

Gömrük borcuna görə ölkədən çıxışına “stop” qoyulanların NƏZƏRİNƏ

Dövlət büdcəsindəki profisitin MƏBLƏĞİ AÇIQLANDI

Dövlət büdcəsindəki profisitin MƏBLƏĞİ AÇIQLANDI

Hərbçilərə ŞAD XƏBƏR: Maaş artımı gözlənilir

Hərbçilərə ŞAD XƏBƏR: Maaş artımı gözlənilir

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı YENİLİK

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı YENİLİK

ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

Dövlət büdcəsinin vəsaitləri hara xərclənib? – STATİSTİKA

Dövlət büdcəsinin vəsaitləri hara xərclənib? – STATİSTİKA

Apreldə sel sularının dağıtdığı yolda son vəziyyət – VİDEO

Apreldə sel sularının dağıtdığı yolda son vəziyyət – VİDEO

Mətanət Əliverdiyeva efirdə ağladı -Köməyinə gəldilər - VİDEO

Mətanət Əliverdiyeva efirdə ağladı -Köməyinə gəldilər - VİDEO

Bu məşhurların narkotik testi pozitiv çıxdı – ADLAR

Bu məşhurların narkotik testi pozitiv çıxdı – ADLAR

İyunun sonuna qədər cekpotu udacaq 5 BÜRC

İyunun sonuna qədər cekpotu udacaq 5 BÜRC

Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Əhalinin DİQQƏTİNƏ – Sığortanın zərəri qarşılamadığı hallar AÇIQLANDI

Əhalinin DİQQƏTİNƏ – Sığortanın zərəri qarşılamadığı hallar AÇIQLANDI

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

End of content

No more pages to load

RADİO