Ötən gün Şəmkirdə 27 yaşlı kişini bışaqlayan şəxs tutulub.
Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat axtarışları nəticəsində aralarında yaranan münaqişə nəticəsində Çinarlı qəsəbə sakini, 1997-ci il təvəllüdlü Elmar İsmayılova bıçaq xəsarətləri yetirən Hüseyn Abbasov polis əməkdaşları tərəfindən saxlanıb
Baş vermiş hadisəilə bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu