Səhnəmizin “qayınanası” – Doğum günü olan Nəsibə Zeynalova barədə maraqlı FAKTLAR

Bu gün Azərbaycan kino və teatr tarixində iz qoymuş aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür. 

Nəsibə Zeynalovanın aktrisa olmasında iki yaşında itirdiyi, üzünü görmədiyi atasının rolu çox olub. 

Bizim.Media Xalq artisti haqqında maraqlı məlumatları təqdim edir: 

Nəsibə Cahangir qızı Zeynalova 1916-cı il 20 apreldə Bakıda aktyor ailəsində doğulub. Həm də tacir olan atası övladının onun aktyorluq sənətini davam etməsini çox istəyib. Lakin aktrisanın atası onun 2 yaşı olanda yatalaq xəstəliyindən vəfat edib.

Erməni daşnaklarının paytaxtda törətdiyi qırğınlardan canını qurtaran, İrana qaçan ailə qayıdanda ailə başçısını itirir. Bu azmış kimi Azərbaycanda sovet hökuməti qurulanda Cahangir Zeynalovanın bütün sərvətini müsadirə edirlər. Bundan sonra Nəsibə xanım və anası Hüsniyyə xanımın çətin günləri başlayır.
Aktrisa yaşamaq üçün atasından qalan əşyaları da satdıqlarını deyib. O, ailəyə kömək üçün zavodların birində fəhlə işləməyə məcbur olub. Elə Nəsibə Zeynalovanın aktyorluq yolu da buradan başlayır. Artıq anasını da itirən Nəsibə xanımın istedadını Şəmsi Bədəlbəyli zavodun özfəaliyyət dərnəyində kəşf edir. Onun köməkliyi və öz istedadı sayəsində Musiqili Komediya Teatrına işə başlayır.

Aktrisanın teatrda bir çox tamaşalarda uğurlu obrazlarla yadda qalıb. Bugünədək izlənən, replikləri dillər əzbəri olan tamaşa isə “Hicran”dır. Nəsibə xanım 65 il teatrda çalışıb. Ömrünün sonlarına yaxın isə teatrdan ayrılır. Aktrisa həmin zamanlar televiziyalardan birinə müsahibəsində kövrəlir, teatr üçün darıxdığını deyir.

Uşaqkən atasını, gənckən anasını itirən ailənin yeganə övladı aktrisanın ilk həyat yoldaşı da İkinci Dünya müharibəsində həlak olur. O, 38 yaşında özündən 11 yaş kiçik şəxslə yenidən ailə həyatı qurur.

Nəsibə xanımın adını daşıyan nəvəsi Nəsibə mətbuata müsahibəsində nənəsinin onu övladlığa götürdüyünü bildirib:

“Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam”.

Nənəsinin xasiyyətinin tünd olduğunu deyən nəvəsi anası ilə münasibətlərinin yaxşı olduğunu qeyd edib. Bütün Azərbaycanın gəlinlə yola getməyən “qayınana”sı öz gəlininə qarşı həlim davranıb.

Uşaqdan-böyüyə “qayınana” obrazı ilə yadda qalan aktrisa bir çox Azərbaycan filmləri, “Ögey ana”, “Böyük dayaq, “Qanun naminə”, “Bizim Cəbiş müəllim”də yaddaqalan obrazları canlandırıb.

Komediya ustası olan aktrisa heç də həmişə komik rollar oynamaqdan məmnun olmayıb.
Nəsibə Zeynalovanın istedadı təkcə atasından yox, həm də anasından keçib. Anası təhsilsiz qadın olsa da musiqiyə marağı olub, dəf, qarmon ifa edib, məlahətli səsi olub.

Bunu Nəsibə Zeynalovanın nəvəsi, həm də qızı Nəsibə müsahibələrinin birində deyib. O, nənəsinin "Qayınana" filmində oxuduğu bayatının anasına məxsus olduğundan bəhs edib.
Heyvanları xüsusilə, pişikləri çox sevib. Harda sahibsiz pişik görsə, evə gətirirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alır.

Sonradan atasının mülkünün yerində yaranan Musiqili Teatrda  ilk dəfə səhnəyə çıxan Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə vəfat edib. Həmin gün Azərbaycan teatrının Nəsibə Zeynalovaya aid səhnəsinin pərdəsi həmişəlik endi. Enən pərdə arxasında isə onu daim yaşadacaq onlarla maraqlı obrazları qaldı. 

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Bu qidalar asılılıq yaradır

Bu qidalar asılılıq yaradır

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Elektron siqaretlərlə bağlı YENİ FƏRMAN

Elektron siqaretlərlə bağlı YENİ FƏRMAN

Bəzi şəxslərə orta aylıq maaşın 4 misli miqdarında müavinət ÖDƏNİLƏCƏK

Bəzi şəxslərə orta aylıq maaşın 4 misli miqdarında müavinət ÖDƏNİLƏCƏK

Yasamalda ev sahibi olmaq istəyənlərin diqqətinə: "Park Yasamal"da mənzil seçimi daha genişdir!

Yasamalda ev sahibi olmaq istəyənlərin diqqətinə: "Park Yasamal"da mənzil seçimi daha genişdir!

Avropada və Türkiyədə mövcuddur – Ölkəmizdəki taksi sürücüləri də tətbiq olunmasını İSTƏYİR

Avropada və Türkiyədə mövcuddur – Ölkəmizdəki taksi sürücüləri də tətbiq olunmasını İSTƏYİR

Komitə sədri: “Vahid geyim yanaşması təhsil mühitində peşəkar atmosferin mühüm elementlərdən biridir”

Komitə sədri: “Vahid geyim yanaşması təhsil mühitində peşəkar atmosferin mühüm elementlərdən biridir”

AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

Mişel Obama Barak Obamanı göz yaşlarına boğdu – FOTO

Mişel Obama Barak Obamanı göz yaşlarına boğdu – FOTO

SON DƏQİQƏ! Moskvaya yenidən dron hücumları başladı – VİDEO

SON DƏQİQƏ! Moskvaya yenidən dron hücumları başladı – VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir

Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir

Gömrükdə 308,30 karat brilyant qaş aşkarlanıb

Gömrükdə 308,30 karat brilyant qaş aşkarlanıb

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

"Cənub" restoranında nöqsanlar aşkarlandı – FOTO

"Cənub" restoranında nöqsanlar aşkarlandı – FOTO

Gökhan Özen evlənir – FOTO

Gökhan Özen evlənir – FOTO

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Dron hücumlarından sonra Moskva səması – VİDEO

Dron hücumlarından sonra Moskva səması – VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirdi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO