Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq - FOTO

Energetika naziri Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının “Dayanıqlılıq Həftəsi” çərçivəsində “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda keçirilən sessiyada çıxış edib. 

Bu barədə Bizim.Media-ya Energetika Nazirliyindən bildirilib.

Çıxışda Azərbaycanda keçiriləcək COP29-un ədalətli, nizamlı və bərabərhüquqlu enerji keçidi üzrə beynəlxalq əməkdaşlığı genişləndirmək, bərpa olunan enerji və enerji səmərəliliyinin artırılmasını, xalis sıfır emissiyalı enerji sistemlərinin tətbiqini sürətləndirmək üçün imkanlar yaradan mühüm platforma olacağı vurğulanıb.

Nazir Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilən Azərbaycanın hazırda “yaşıl enerji”yə keçidi sürətləndirən təşəbbüslərə liderlik etdiyini, “Qlobal Metan Vədi”nə qoşulmaqla və “Enerji Effektivliyi Fondu”nu yaratmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə dəstək verdiyini qeyd edib. Enerji təhlükəsizliyinə, əlçatanlıq və dayanıqlılığa cavab verən bərpa olunan enerji Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş 2030-cu ilədək milli inkişaf strategiyasında “təmiz ətraf mühit” və “yaşıl artım” prioritetinin icrasının əsas hərəkətverici qüvvəsi, enerji təchizatında ölkəmizin mövqeyini möhkəmləndirən yeni mənbə kimi dəyərləndirilib. 

Bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə 28 QVt “yaşıl enerji”, hidrogen və “yaşıl ammonyak” layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq etdiyi, hazırda elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 33 faizə yüksəldəcək 2 QVt-lıq “yaşıl enerji” güclərinin enerji sisteminə inteqrasiyasını həyata keçirdiyi bildirilib. “Bu çərçivədə bu il ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq. Paralel olaraq, ilkin mərhələdə 5 QVt “yaşıl elektrik”, “yaşıl qaz”ların ixracı üçün “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”ni nəql edəcək “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə əhəmiyyətli addımlar atılır”, - deyə nazir diqqətə çatdırıb.

Pərviz Şahbazov deyib ki, Azərbaycanın bərpa olunan enerjinin inkişafına BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” ilə yanaşı, postmünaqişə quruculuğu kontekstində yanaşması azad edilmiş ərazilərimizdə “yaşıl enerji zona”larının yaradılmasına da təkan verib. 

“Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizi xalis sıfır emissiyalı enerji sisteminə doğru aparan yolun əhəmiyyətli hissəsidir. “İnanırıq ki, “yaşıl enerji” üzrə fəaliyyətimiz və COP29-a sədrliyimiz BMT ilə əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından olan hazırkı prosesə layiqli töhfəsini verəcək və bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaqdır,” - deyə nazir əlavə edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Bu qidalar asılılıq yaradır

Bu qidalar asılılıq yaradır

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Elektron siqaretlərlə bağlı YENİ FƏRMAN

Elektron siqaretlərlə bağlı YENİ FƏRMAN

Bəzi şəxslərə orta aylıq maaşın 4 misli miqdarında müavinət ÖDƏNİLƏCƏK

Bəzi şəxslərə orta aylıq maaşın 4 misli miqdarında müavinət ÖDƏNİLƏCƏK

Yasamalda ev sahibi olmaq istəyənlərin diqqətinə: "Park Yasamal"da mənzil seçimi daha genişdir!

Yasamalda ev sahibi olmaq istəyənlərin diqqətinə: "Park Yasamal"da mənzil seçimi daha genişdir!

Avropada və Türkiyədə mövcuddur – Ölkəmizdəki taksi sürücüləri də tətbiq olunmasını İSTƏYİR

Avropada və Türkiyədə mövcuddur – Ölkəmizdəki taksi sürücüləri də tətbiq olunmasını İSTƏYİR

Komitə sədri: “Vahid geyim yanaşması təhsil mühitində peşəkar atmosferin mühüm elementlərdən biridir”

Komitə sədri: “Vahid geyim yanaşması təhsil mühitində peşəkar atmosferin mühüm elementlərdən biridir”

AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

Mişel Obama Barak Obamanı göz yaşlarına boğdu – FOTO

Mişel Obama Barak Obamanı göz yaşlarına boğdu – FOTO

SON DƏQİQƏ! Moskvaya yenidən dron hücumları başladı – VİDEO

SON DƏQİQƏ! Moskvaya yenidən dron hücumları başladı – VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir

Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir

Gömrükdə 308,30 karat brilyant qaş aşkarlanıb

Gömrükdə 308,30 karat brilyant qaş aşkarlanıb

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

"Cənub" restoranında nöqsanlar aşkarlandı – FOTO

"Cənub" restoranında nöqsanlar aşkarlandı – FOTO

Gökhan Özen evlənir – FOTO

Gökhan Özen evlənir – FOTO

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Dron hücumlarından sonra Moskva səması – VİDEO

Dron hücumlarından sonra Moskva səması – VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirdi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO