Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir: 400 BTR, “Smerç”x9dlər, “Qasırğa”x9dlar...

Azərbaycan strateji əhəmiyyəti olduqca yüksək olan Naxçıvanda böyük hərbi qüvvə cəmləşdirir.

Virtualaz.org xəbər verir ki, bu haqda Britaniyada mənzillənmiş “Chatham House”x9d analitik mərkəzinin Rusiya proqramlarının əməkdaşı, azərbaycanlı təhlilçi Zaur Şiriyevin EurasiaNet portalında dərc edilmiş məqaləsində deyilir.

Müəllif xatırladır ki, Naxçıvan Ermənistanın paytaxtı Yerevana və digər strateji hədəflərinə ən yaxın yerləşən Azərbaycan ərazisidir. Bu baxımdan mümkün hərbi əməliyyatlar zamanı Naxçıvan da münaqişəninən qaynar nöqtələrindən biri olacaq.

Azərbaycan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradıb, habelə bu eksklav əraziyə yeni hava hücumundan müdafiə sistemləri, raketlər və artilleriya, o cümlədən “Smerç”x9d reaktiv yaylım atəşi sistemləri, “T-300 Kasırğa”x9d uzaqvuran reaktiv sistemlər, T-122 “Sakarya”x9d qaubitsaları yerləşdirib. Naxçıvan ərazisində vaxtaşırı olaraq Türkiyə ordusu ilə birgə təlimlər keçirilir.

Naxçıvanda böyük hərbi qüvvənin cəmləşdirilməsi Ermənistan tərəfindən diqqətlə izlənilir. “Biz unutmalı deyilik ki, hərbi əməliyyatların bərpa olunması təhdidi qarşısındayıq və düşmənin həmləsi istənilən istiqamətdən baş verə bilər”x9d-müəllif erməni siyasi analitik Melik Şirinyanın bu fikirlərini sitat göstərir.

Bildirilir ki, Naxçıvandakı hərbi birləşmələrin yenidən təchiz olunması və təchizatı 2013-cü ildə Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra başlayıb. Hansı ki, o vaxt Zakir Həsənov Naxçıvandakı hərbi birləşmələrin zabitlərinin sıralarını “silkələyib”x9d, prezident İlham Əliyev muxtar respublikada silahlı birləşmələrin möhkəmləndirilməsinə dair sərəncam verib.


Zaur Şiriyevin yazdığına görə hazırda Naxçıvanda 20 minə qədər hərbçi, o cümlədən on minlərlə ehtiyat qüvvə, 400-ə qədər zirehli transportyor, təyyarələr, hava hücumundan müdafiə və artilleriya sistemləri cəmləşdirilib. EurasiaNet-ə azərbaycanlı zabitlərdən biri anonimlik şərti ilə deyib ki, Naxçıvanda stavka kəmiyyətə yox, keyfiyyətədir. “Dəyişiklik aktiv personalın sayında deyil, strukturda, qüvvələrin hazırlığında və təhlükə zamanı qərarların qəbulunda daha böyük müstəqilliyin təmin olunmasındadır”x9d-mənbə bildirib.

Naxçıvanda hərbi qüvvənin cəmləşdirilməsində Türkiyənin də mühüm rolu var. Türkiyə Qars müqaviləsinə əsasən Naxçıvana qarant ölkədir. Hər il keçirilən hərbi təlimlərlə Türkiyənin Naxçıvan regionundakı rolu və əhəmiyyəti nəzərə çaprdırılır. Bundan əlavə Azərbaycanla Türkiyə arasında centlmen razılaşması da var: təhlükəsizlik məsələləri ilə məşğul olan türk hərbçiləri və mülki şəxsləri Azərbaycana gələndə Naxçıvana da baş çəkirlər.

Müəllif qeyd edir ki, muxtar respublikada hərbi qüvvələrin cəmləşdirilməsi ötən il Rusiyanın Ermənistana “İsgəndər”x9d raketləri verməsindən sonra yeni stimul qazanıb. Belə ki, Ermənistanın “İsgəndər”x9dlərinə qarşı Azərbaycan əsas stavkanı Naxçıvana edir və muxtar respublikadan Ermənistan ərazisinə güclü zərbələr endirilməsini nəzərdən keçirir. Naxçıvan sərhədlərindən Yerevana qədər cəmi 60 kilometr məsafə var. Bu isə o deməkdir ki, Azərbaycanın “Smerç"ləri (90 km mənzilli) və “Qasırğa”x9dları (100-120 km mənzilli) asanlıqla Ermənistan paytaxtını vura bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yüksək vəzifə verilən Natiq İbrahimov kimdir? - DOSYE

Yüksək vəzifə verilən Natiq İbrahimov kimdir? - DOSYE

Sənət adamları üçün qəbirstanlıq yaradılır? - VİDEO

Sənət adamları üçün qəbirstanlıq yaradılır? - VİDEO

Tramp: İranda lider yoxdur

Tramp: İranda lider yoxdur

Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI

Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI

Azərbaycanlı müğənni hicab bağladı - VİDEO

Azərbaycanlı müğənni hicab bağladı - VİDEO

Martın 15-də buraxılış imtahanı verənlərin NƏZƏRİNƏ! - Cavablar açıqlandı

Martın 15-də buraxılış imtahanı verənlərin NƏZƏRİNƏ! - Cavablar açıqlandı

Naxçıvan şəhərində SÜRÜŞMƏ: Ərazidə böyük çatlar YARANDI - FOTO

Naxçıvan şəhərində SÜRÜŞMƏ: Ərazidə böyük çatlar YARANDI - FOTO

Arxiyepiskop Baqrat Qalstanyanın həbs müddəti uzadıldı

Arxiyepiskop Baqrat Qalstanyanın həbs müddəti uzadıldı

Aİ ilə Tramp arasında yeni gərginlik yaranacaq - DETALLAR

Aİ ilə Tramp arasında yeni gərginlik yaranacaq - DETALLAR

Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ

Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ

Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

SON DƏQİQƏ! Bakıda bəzi məktəb və universitetlər distant təhsilə keçəcək

SON DƏQİQƏ! Bakıda bəzi məktəb və universitetlər distant təhsilə keçəcək

Trampdan ƏMR – “Hörmüzə mina yerləşdirən bütün gəmilər məhv edilsin” – FOTO

Trampdan ƏMR – “Hörmüzə mina yerləşdirən bütün gəmilər məhv edilsin” – FOTO

İsrailin Azərbaycandakı sabiq səfiri Corc Dikə vəzifə verildi

İsrailin Azərbaycandakı sabiq səfiri Corc Dikə vəzifə verildi

İmişlidə ağır qəza: Xəsarət alanlar var

İmişlidə ağır qəza: Xəsarət alanlar var

Prezidentdən Natiq İbrahimov ilə bağlı SƏRƏNCAM

Prezidentdən Natiq İbrahimov ilə bağlı SƏRƏNCAM

Məşhur biznesmenin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI

Məşhur biznesmenin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI

Latviyalı politoloq: "Azərbaycan Avropa üçün strateji tərəfdaşdır" – EKSKLÜZİV

Latviyalı politoloq: "Azərbaycan Avropa üçün strateji tərəfdaşdır" – EKSKLÜZİV

Yamal mövsümün sonunadək sıradan çıxıb

Yamal mövsümün sonunadək sıradan çıxıb

Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

Korrupsiya əməliyyatında saxlanılan Səfərbərlik Xidməti əməkdaşlarının ADLARI

Korrupsiya əməliyyatında saxlanılan Səfərbərlik Xidməti əməkdaşlarının ADLARI

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

SON DƏQİQƏ: Aİ Ukraynaya 90 milyard avroluq krediti rəsmən təsdiqlədi

SON DƏQİQƏ: Aİ Ukraynaya 90 milyard avroluq krediti rəsmən təsdiqlədi

İran səfiri İlham Əliyevə təşəkkür etdi – FOTO

İran səfiri İlham Əliyevə təşəkkür etdi – FOTO

End of content

No more pages to load

RADİO