Ağdaşda yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Güvəkənd kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu