Gəncədə fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yerləşən ümumi sahəsi 163 kv metr olan fərdi yaşayış evində anidən yanğın olub.
Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı evin 68 kv metr sahəsi yanıb, evin qalan hissəsi yanğından mühafizə edilib.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu