Gəncədə yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Mahrasavbağı qəsəbəsində yerləşən bazarda qəfildən alov başlayıb.
Hadisə yerinə FHN-in 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub. İlkin məlumata görə, yanğın qeyd olunan ünvanda satış rəflərinin birində başlayıb.
Bazarda işləyənlər deyiblər ki, yanğın səhər saat 05:00 radələrində süd məhsulları satılan rəfdə olub.
Həmin ərazidə olan soyuducular və məhsullar tam yararsız hala qədər yanıb.
Yanğınsöndürənlər alovun digər rəflərə keçməsinin qarşısını alıb.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
İlkin versiyaya görə, yanğına elektrik xəttləri səbəb olub.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu