Vatsap messencerində daha bir yeni funksiya istifadəyə veriləcək.
Bizim.Media “WABetaInfo” portalına istinadən xəbər verir ki, istifadəçilər yeni funksiya sayəsində vatsapdakı statuslarını instaqram sosial şəbəkəsində də paylaşa biləcəklər.
Bildirilir ki, istifadəçilər yeni funksiyanı aktivləşdirərək bu imkandan yararlana biləcəklər.
Hazırda yeni funksiya üzərində işlər davam etdirilir. Bunun tətbiqin növbəti yenilənməsində əlçatan olacağı gözlənilir.
Bizim.Media