“Brüsseldəki görüşdən sonra Nikol Paşinyanın “susması” və müzakirələrdən yayınma davranışları hakim partiyada narahatlıq yaradıb. “Tarixi” görüşdən bir həftə keçsə də, Paşinyan hələ də əvvəllər etdiyi kimi, öz komandası ilə görüşməyib. O, görüşün ictimaiyyətə açıqlanmayan detalları ilə bağlı da heç nə deməyib”
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Üstəlik, bu yaxınlarda o, səhərdən axşama kimi parlamentdə olub, beşillik plan çərçivəsində hökumətin ötənilki fəaliyyətinin müzakirəsində iştirak edib.
Hakim komandanın üzvləri səbirsizliklə baş nazirin öz tərəfdaşlarını məlumatlandırmasını gözləyirdilər, çünki çərşənbə günü günortadan sonra artıq məlum idi ki, parlament müxalifəti hökumətin parlamentdəki iclasında iştirak etməyəcək və Paşinyan komandaya sessiyanı tez bitirməyi tapşıra bilərdi. Onun qapalı iclas çağırması da gözlənilirdi. Lakin o, bunu etməyib və hakim komandanın şübhələrini dərinləşdirib”, – nəşr yazır
Bizim.Media