Gəndab-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsində zəncirvari qəza olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Vaz-2105 markalı avtomobil Mersedes və Vaz-2107 markalı avtomaşınlarla toqquşub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.