Qubanın Ağbil kəndində Vətən Müharibəsi şəhidi Batdal Bayraxdarovun doğum günü məzarı başında qeyd olunub.
Bizim.Media xəbər verir ki, ailə üzvləri, sakinlər, şəhid ailələrinin nümayəndələri, onu tanıyanlar ötən gün 22 yaşı tamam olan şəhidi hörmətlə anıblar.
Çıxışlarda Axısxa türklərinin nümayəndəsi olan olan Batdalın Vətən Müharibəsində göstərdiyi şücaətdən, 2020-ci il oktyabr ayının 12-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmasından danışıblar.
Qeyd olunub ki, Batdal Bayraxdarov cəbhədə göstərdiyi xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunub.











Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu