Astarada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Ələt-Astara magistralında, Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan BMW markalı minik avtomobili iri tonajlı "DAF" markalı yük avtomobilinın altına girib.
Hadisə nəticəsində BMW markalı minik avtomobilində olan şəxslər ölüblər.
Hazırda onların meyiti yük maşınının altından çıxarılır.



Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu