“Crocus City Hall”da baş verən terrorla bağlı daha bir şəxsin həbsi üçün vəsatət qaldırılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Yakubconi Yusifzoda terror aktının təşkili və törədilməsində iştirakda ittiham olunur. İttiham aktına əsasən həmin şəxs terror hadisəsini həyata keçirən dəstənin üzvlərindən birinə bank kartı vasitəsilə müəyyən məbləğdə pulun köçürülməsini təmin edib.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Son məlumatlara görə, hücum nəticəsində 144 nəfər ölüb, 382 nəfər yaralanıb.
Bizim.Media