BİZİM TƏQVİM: 2 apreldə baş vermiş tarixi hadisələr

1993-cü ilin bu günündə Kəlbəcər rayonu Ermənistanın təcavüzkar qüvvələri tərəfindən işğal olunub. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşüb, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib. 

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib, qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin ötən 27 ildə həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi. Nəhayət, 2020-ci ildə 44 günlük müharibənin yekunu olaraq Ermənistan ordusu kapitulyasiya oldu və Kəlbəcər döyüşsüz və heç bir şəhi verilmədən geri alındı.

Bəs, aprelin 2-də dünyada daha hansı hadisələr baş verib?

1. 2 aprel 1453-cü ildə Osmanlı Sultanı Fateh Mehmet İstanbulu mühasirə hərəkatına başladı.

2. 1882-ci ildə İrəvanda şəhər məktəbinin müəlimi Məşədi İsmayılın təşəbbüsü ilə “Tamahkarlıq düşmən qazanır” pyesi tamaşaya qoyuldu. Sonra Firudin bəy Köçərli Mirzə Fətəli Axundovun “Məstəli şah” tamaşasını hazırladı. Həmin tarix, yəni 1882-ci il aprelin 2-si İrəvan Teatrının yaranması günü kimi qeyd edilir.  1918-ci ildə azərbaycanlıların soyqırımı ilə bağlı teatr bağlandı. Hal-hazırda Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı 1988-ci ildən Bakıda fəaliyyətini davam etdirir.

3. 1917-ci ilin 2 aprelində Amerika Birləşmiş Ştatları faktiki olaraq Birinci Dünya Müharibəsinə girdi.

4. 2 aprel 1930-cu ildə Selasiye özünü Efiopiyanın imperatoru elan etdi.

5. Kommunizm tərəfdarı kimi şübhələnildiyi üçün 1952-ci ildə ABŞ-ı tərk edən Çarli Çaplin bir də 20 ildən sonra - 1972-ci ilin 2 aprelində ilk Oskar mükafatını almaq üçün geri qayıtdı.

6. 2 aprel 1982-ci ildə Falkland adalarıArgentina tərəfindən zəbt olundu.

7. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası Çin Xalq Respublikası, Danimarka və Yunanıstanla diplomatik münasibətlər qurub.

8. 2 aprel 2011-ci ildə Azərbaycanın “Azərreyl” voleybol klubu Çellenc Kubokunu qazanıb.

9. 2014-ci ilin bu günündə  Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib.                                                                                                              

2 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünyaşöhrətli nağılçı, Danimarka yazıçısı Hans Xristian Andersen 1805-ci ilin 2 aprelində dünyaya gəlib. Ona uşaqlar üçün yazdığı nağıllar böyük şöhrət gətirib və Andersen uşaq ədəbiyyatının korifeyi səviyyəsinə yüksəlib (1805-1875).

2. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, fransız yazıçısı Emil Zola 1840-cı ildə dünyaya gəlib. Yaradıcılığının ilk dövründə Viktor Hüqonun təsirilə romantik əsərlər yazıb (1840-1902)

3. Morze adlanan ilk teleqraf əlifbasını yaradaraq dünyada rabitə sahəsində böyük inqilab edən və bununla da kommunikasiya sistemini təmin edən amerikalı ixtiraçı və rəssam Samuel Morzenin 1 aprel xatirə günüdür (1791-1872). Qeyd edək ki, morze əlifbası işarələrlə kodlaşdırma üsuludur.

4. 6 yanvar 1836-cı ildə Samuel Morze Nyu Cersi ştatının Morristovn şəhərində teleqraf aparatını nümayiş etdirib və bunun vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərib. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: “Səbr edən heç vaxt uduzmur”.

5. 1854-cü ilin bu günündə dramaturq Nəcəf bəy Vəzirovun doğum günü (1854-1926). O, “Müsibəti-Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. “Daldan atılan daş topuğa dəyər", "Sonrakı peşmançılıq fayda verməz", "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük" və başqa əsərləri ilə Azərbaycan dramaturgiyasına yeni nəfəs gətirib.

6. 2 aprel 1870-ci ildə şair Azər İmaməliyev (1870 – 8.8.1956) Bakının Buzovna kəndində doğulub. Felyetonlar yazıb, fars dilindən ədəbi tərcümələr edib.

7. 2 aprel 1931-ci ildə Xalq rəssamı Altay Əmir oğlu Hacıyev (1931 – 12.2.2019) anadan olub. Qrafika nümunələrinin, portretlər silsiləsinin (“Tomris”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Xurşudbanu Natəvan”, “Aşıq Pəri” və s.) və s. əsərlərin müəllifidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Kimlər qan üçün donor ola bilməz?

Kimlər qan üçün donor ola bilməz?

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Rodriqo Fernandeş “Sabah”da

Rodriqo Fernandeş “Sabah”da

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

Çaya düşən avtomobildən yaşlıları belə xilas etdilər – ANBAAN VİDEO

Çaya düşən avtomobildən yaşlıları belə xilas etdilər – ANBAAN VİDEO

Niyə 32 dişimiz var?

Niyə 32 dişimiz var?

Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yol vermədiyinə görə müğənninin maşınına hücum çəkdilər – VİDEO

Yol vermədiyinə görə müğənninin maşınına hücum çəkdilər – VİDEO

Füzulidə 15 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

Füzulidə 15 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

MEDİA: Bəzi saytlar DİM-in məlumatlarını manipulyasiya olunmuş formada təqdim edib – FOTO

MEDİA: Bəzi saytlar DİM-in məlumatlarını manipulyasiya olunmuş formada təqdim edib – FOTO

Moskvaya dron hücumunda yaralanan azərbaycanlıların son durumu – ÖZƏL – FOTO

Moskvaya dron hücumunda yaralanan azərbaycanlıların son durumu – ÖZƏL – FOTO

Rahat yuxunun TƏBİİ DƏRMANI – Hər axşam bu meyvəni yesəniz...

Rahat yuxunun TƏBİİ DƏRMANI – Hər axşam bu meyvəni yesəniz...

Müharibəyə görə Ukraynanı tərk edənlərin sayı AÇIQLANDI

Müharibəyə görə Ukraynanı tərk edənlərin sayı AÇIQLANDI

Lavrovdan nüvə müharibəsi XƏBƏRDARLIĞI

Lavrovdan nüvə müharibəsi XƏBƏRDARLIĞI

Kobaxidzedən Azərbaycanla bağlı AÇIQLAMA

Kobaxidzedən Azərbaycanla bağlı AÇIQLAMA

Motosiklet 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ

Motosiklet 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ

Bu işlərdə çalışmaq siqaretdən DAHA ZƏRƏRLİDİR

Bu işlərdə çalışmaq siqaretdən DAHA ZƏRƏRLİDİR

9 yaşında anasının qorxusundan evdən qaçan qız 22 il sonra...

9 yaşında anasının qorxusundan evdən qaçan qız 22 il sonra...

Yalançı adamları necə tanımaq olaq? – 4 QIZIL QAYDA

Yalançı adamları necə tanımaq olaq? – 4 QIZIL QAYDA

Ukraynaya MİLYARDLIQ YARDIM – Rusiyanın pulları hesabına DRON ALACAQLAR

Ukraynaya MİLYARDLIQ YARDIM – Rusiyanın pulları hesabına DRON ALACAQLAR

End of content

No more pages to load

RADİO