“Sabiq baş direktor qohumlarını “Azəriqaz”da vəzifələrə təyin edib” – Eyyub Hüseynov

Xəbər verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə "Azərenerji" ASC-də yeni vəzifə verilib. Belə ki, Ruslan Əliyev "Azərenerji" ASC-nin departament direktoru təyin edilib. 

Onun “Azəriqaz”a rəhbərlik etdiyi dövrdə vəzifəyə bəzi qohum və tanışlarını təyin etdiyi ilə bağlı isə ölkə mətbuatında bəzi məlumatlar yayılıb. 

Bizim.Media-ya fikirlərini bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da bir sıra detalları bölüşüb:
 

MÖVZU İLƏ BAĞLI:

"Azəriqaz"ın sabiq rəhbərinə yeni vəzifə VERİLDİ  


“Mənə müraciət edib deyirdilər ki...”

“Ruslan Əliyevin baş direktor olduğu dönəmdə mən “Azəriqaz” İB yanında İctimai Şuranın üzvü olmuşam. Həmin müddətdə mənə müraciətlər olurdu. Müraciət edənlərin çoxu uzun müddət “Azəriqaz”da aşağı vəzifədə və cüzi maaşla işləyən insanlar idi. 

Bu müraciətlərlə bağlı mən dəfələrlə sabiq baş direktora fikir və irad bildirmişəm. Demişəm ki, bəzi ixtisaslı və ali təhsilli insanlar qurumda fəhlə kimi çalışır. Bu məsələyə diqqət ayırın. Lakin mənim heç bir təklifim, müraciətim və iradım eşidilmədi. Baxmayaraq ki, mənə müraciət edənlərin heç biri ilə əvvəllər münasibətdə olmamışdım. Sadəcə İctimai Şuranın üzvü olduğum üçün gəlib məni tapmışdılar, dərdlərini mənə demişdilər. 

Şura üzvünün heç bir müracətini diqqətə almayan Ruslan Əliyev indi məlum olur ki, bütün dostlarını, qohumlarını və yaxınlarını “Azəriqaz”da məsul vəzifələrə təyin edib. Həmin kadrlar çox bu gün də vəzifə başındadırlar”. 

Qeyd edək ki, “Azəriqaz”ın sabiq sədrinin dövründə bir sıra qohumlarını vəzifəyə gətirməsi ilə bağlı ölkə mətbuatında xəbərlər yayılıb. 

Məlumatlara görə, “Azəriqaz” İstehsalat Birliyinə işə qəbul SOCAR-ın baş ofisinin İnsan resursları departamenti tərəfindən müsabiqə yolu ilə həyata keçirilsə də, “Azəriqaz” İB-də işə qəbulla bağlı müraciət edənlərdən imtahanı götürən şəxs Vüsal Həsənov sabiq baş direktorun yaxın adamı olub. 

Hazırda Vüsal Həsənov Satış Departamentində şöbə rəisinin müavinidir. Maraqlıdır ki, Ruslan Əliyevin qohum əqrəbasına və yaxınlarına hazırda “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini olan Cahid Hüseynovun himayə etdiyi bildirilir.

Cahid Hüseynovla “Azəriqaz” İB-nin keçmiş rəhbəri Ruslan Əliyev yaxın dost və kirvə olduqları iddia olunur. Bu yaxınlıqdan istifadə edən hazırki sədr müavini Cahid Hüseynov öz adamlarını da “Azəriqaz”a yerləşdirib və bu proses indi də davam edir. 

Sabiq sədrin “Azəriqaz”da vəzifə alan yaxınları

Ölkə mediasında yayılan məlumatlara görə, Cahid Hüseynovun bacısı oğlu Aqşin Əliyev bir neçə ay öncə Bakı Regional Qaz İstismar Departamentinin Abşeron rayonu üzrə Texniki İstismar Xidmətinin rəis müavini təyin olunub. 

Mənbənin məlumatına görə, Cahid Hüseynov Aqşin Əliyevi “Azəriqaz” İB İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis vəzifəsinə hazırlayır.

Onu da bildirək ki, Ruslan Əliyevin və Cahid Hüseynovun yaxınları sırasında “Azəriqaz”ın Satış Departamentin rəisi Zamin Mehrəliyev və Bakı Regional Qaz Satış Departamentinin şöbə rəisinin müavini Emin Bədəlov da var. Bu günlərdə bəzi xəbər saytlarında Cahid Hüseynovun “Azəriqaz”da yüksək vəzifə tutan qohumlarının siyahısı dərc edilib. Həmin siyahıda Ruslan Əliyevin və Cahid Hüseynovun ortaq dostları, həmçinin Cahid Hüseynovun həmyerliləri, qardaşı oğlu, əmisi oğlu, dayısı oğlu, xalası uşaqları və digərləri var.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Kimlər qan üçün donor ola bilməz?

Kimlər qan üçün donor ola bilməz?

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Rodriqo Fernandeş “Sabah”da

Rodriqo Fernandeş “Sabah”da

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

Çaya düşən avtomobildən yaşlıları belə xilas etdilər – ANBAAN VİDEO

Çaya düşən avtomobildən yaşlıları belə xilas etdilər – ANBAAN VİDEO

Niyə 32 dişimiz var?

Niyə 32 dişimiz var?

Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yol vermədiyinə görə müğənninin maşınına hücum çəkdilər – VİDEO

Yol vermədiyinə görə müğənninin maşınına hücum çəkdilər – VİDEO

Füzulidə 15 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

Füzulidə 15 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

MEDİA: Bəzi saytlar DİM-in məlumatlarını manipulyasiya olunmuş formada təqdim edib – FOTO

MEDİA: Bəzi saytlar DİM-in məlumatlarını manipulyasiya olunmuş formada təqdim edib – FOTO

Moskvaya dron hücumunda yaralanan azərbaycanlıların son durumu – ÖZƏL – FOTO

Moskvaya dron hücumunda yaralanan azərbaycanlıların son durumu – ÖZƏL – FOTO

Rahat yuxunun TƏBİİ DƏRMANI – Hər axşam bu meyvəni yesəniz...

Rahat yuxunun TƏBİİ DƏRMANI – Hər axşam bu meyvəni yesəniz...

Müharibəyə görə Ukraynanı tərk edənlərin sayı AÇIQLANDI

Müharibəyə görə Ukraynanı tərk edənlərin sayı AÇIQLANDI

Lavrovdan nüvə müharibəsi XƏBƏRDARLIĞI

Lavrovdan nüvə müharibəsi XƏBƏRDARLIĞI

Kobaxidzedən Azərbaycanla bağlı AÇIQLAMA

Kobaxidzedən Azərbaycanla bağlı AÇIQLAMA

Motosiklet 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ

Motosiklet 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ

End of content

No more pages to load

RADİO