Cins bölgüsü olmayan DİLİMİZ – Hansı sözlər lüğətdən ÇIXARILIB?

Bildiyimiz kimi, Azərbaycan dilində qrammatik cins kateqoriyası yoxdur. Bəzi xarici dillərdə peşə sahibinin kişi və ya qadın olduğunu bildirmək üçün sözlərə müəyyən hissələr artırılır.

Azərbaycan dilində belə qayda olmasa da bəzi sözlərə “ə” hərfi artırıb şifahi nitqdə işlədirik. Bəzi sözlər isə dilimizə digər dillərdən o formada keçib.
 

MÖVZU İLƏ BAĞLI:

Qalmaqal yaradan Orfoqrafiya lüğətinin elektron variantı niyə YOXDUR? – İnstitutdan AYDINLIQ gətirildi


Həmçinin, Azərbaycanda körpəyə ad qoyarkən də bu üsuldan istifadə edilir. Yəni oğlan adlarının sonuna “ə” hərfini artırmaqla qız adlarının yaranması mümkündür.

Dilimizdə işləklik qazanan müəllimə, müdirə, şairə sözü də peşənin qadına məxsusluğunu bildirir. Lakin beş ildən bir hazırlanan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu nəşrindən şairə sözü çıxarılıb.

Bəs bu qayda dilimizə haradan keçib və lüğətdə daha hansı belə sözlər var?

Mövzu barədə Bizim.Media-ya danışan filologiya üzrə fəlsəfə doktoru İsmayıl Məmmədov deyib ki, dildə işlənən sözlərin lüğətdən çıxarılması düzgün deyil:

“Onları biz lüğətdən çıxarmamışıq, kim deyir ki, çıxarmışıq?! Həmin sözlər dildə işlədilirsə, lüğətdə qalmalıdır. Azərbaycan, türk dillərində cins kateqoriyası yoxdur. Başqa dillərin bəzisində bu var, bizdə isə elə deyil. Bizdə o qayda yoxdur, fərqli qaydalar mövcuddur”.

Dilçi alim bu qaydaların əsasən ərəb və fars dilindən keçdiyini qeyd edib:

“Yeni adları da o qayda ilə yaratmışıq, Akif adı var, ə hərfini qoşaraq Akifə adını düzəltmişik. “Azərbaycan dilinin izahlı lüğəti”ndə şəxs adlarının hamısı verilib”, - deyə dilçi qeyd edib.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Kimlər qan üçün donor ola bilməz?

Kimlər qan üçün donor ola bilməz?

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Rodriqo Fernandeş “Sabah”da

Rodriqo Fernandeş “Sabah”da

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

Çaya düşən avtomobildən yaşlıları belə xilas etdilər – ANBAAN VİDEO

Çaya düşən avtomobildən yaşlıları belə xilas etdilər – ANBAAN VİDEO

Niyə 32 dişimiz var?

Niyə 32 dişimiz var?

Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yol vermədiyinə görə müğənninin maşınına hücum çəkdilər – VİDEO

Yol vermədiyinə görə müğənninin maşınına hücum çəkdilər – VİDEO

Füzulidə 15 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

Füzulidə 15 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

MEDİA: Bəzi saytlar DİM-in məlumatlarını manipulyasiya olunmuş formada təqdim edib – FOTO

MEDİA: Bəzi saytlar DİM-in məlumatlarını manipulyasiya olunmuş formada təqdim edib – FOTO

Moskvaya dron hücumunda yaralanan azərbaycanlıların son durumu – ÖZƏL – FOTO

Moskvaya dron hücumunda yaralanan azərbaycanlıların son durumu – ÖZƏL – FOTO

Rahat yuxunun TƏBİİ DƏRMANI – Hər axşam bu meyvəni yesəniz...

Rahat yuxunun TƏBİİ DƏRMANI – Hər axşam bu meyvəni yesəniz...

Müharibəyə görə Ukraynanı tərk edənlərin sayı AÇIQLANDI

Müharibəyə görə Ukraynanı tərk edənlərin sayı AÇIQLANDI

Lavrovdan nüvə müharibəsi XƏBƏRDARLIĞI

Lavrovdan nüvə müharibəsi XƏBƏRDARLIĞI

Kobaxidzedən Azərbaycanla bağlı AÇIQLAMA

Kobaxidzedən Azərbaycanla bağlı AÇIQLAMA

Motosiklet 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ

Motosiklet 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ

End of content

No more pages to load

RADİO