Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin Xaçmaz və Siyəzən təhsil sektorlarına yeni müdir təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə regional idarənin rəisi Coşqun Əliyev əmr imzalayıb.
Onun əmrinə əsasən, Xaçmaz təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Fikrət Heybətov Siyəzən rayon təhsil sektoruna müdir təyin edilib.
Siyəzən rayon təhsil sektorunun müdiri Aynurə Dadaşova isə Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri təyin olunub. Həmin sektorun müdiri Qələmşah Dostiyev isə Xaçmaz təhsil sektoruna rəhbər təyin olunub.
Quba Xaçmaz Regional Elm və Təhsil İdarəsinin rəisi Coşqun Əliyev faktı Bizim.Media-ya təsdiqləyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu