Füzulidə sərhəd pozuntusu, 2 naməlum şəxs - DSX əməliyyat  keçirdi

Aprel ayının 16-da saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılmışlar.

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılmış, lakin sərhəd pozucuları əmrə tabe olmamış və ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd naryadı tərəfindən təqib edilərək saxlanılmışlar.

Saxlanılan şəxslərin İran vətəndaşları 1991-ci il təvəllüdlü Feyzi Yaser Nəriman və 1993-cü il təvəllüdlü Hüseynpur Seccad Həsən olmaları müəyyən¬ləş¬dir¬ilmişdir.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri - Feyzi Yaser Nəriman qolundan yüngül yaralanmış və ilkin tibbi yardım göstərilərək Füzuli Rayonu Diaqnostika Mərkəzinə təxliyyə edilmişdir.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə keçirmək istədiyi 2 ədəd bağlamada 1159 ədəd həb və 78 ədəd “Costed Mikro Politedve” markalı aparata oxşar əşya aşkar olunaraq götürülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sərhəd pozucuları ilə əlbir olaraq dərman preparatlarını qarşılamaq məqsədi ilə əraziyə «Opel» markalı 99-EY-840 dövlət nömrə nişanlı avtomobillə gəlmiş Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Hüseynov Elşən Nizami oğlu və Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Sadəddinov Ülvi Qismət oğlu saxlanılmışlar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

Göyərtəsində 11 nəfər olan təyyarə Atlantik okeanına düşdü - VİDEO

Göyərtəsində 11 nəfər olan təyyarə Atlantik okeanına düşdü - VİDEO

“Bavariya” Noyerlə razılığa gəldi

“Bavariya” Noyerlə razılığa gəldi

Keçmiş hakimlər vəkil oldu– SİYAHI

Keçmiş hakimlər vəkil oldu– SİYAHI

Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarları təqdim olundu

Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarları təqdim olundu

BTQ: Fransanın Yeni Kaledoniyadaki etirazları zorakılıqla yatırmasından 2 il ötür – VİDEO

BTQ: Fransanın Yeni Kaledoniyadaki etirazları zorakılıqla yatırmasından 2 il ötür – VİDEO

Xankəndi, Ağdərə və Xocalıda icarəyə verilən obyektlərin SAYI AÇIQLANDI

Xankəndi, Ağdərə və Xocalıda icarəyə verilən obyektlərin SAYI AÇIQLANDI

Slovakiya parlamentinin sədri Qarabağa gedəcək

Slovakiya parlamentinin sədri Qarabağa gedəcək

Erkin Rəhimov Pediatriya Mərkəzinin direktoru TƏYİN EDİLDİ

Erkin Rəhimov Pediatriya Mərkəzinin direktoru TƏYİN EDİLDİ

Dinar Qəhrəmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Dinar Qəhrəmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Ucuz avtomobildən istifadə edəcək, iqamətgaha köçməyəcək...

Ucuz avtomobildən istifadə edəcək, iqamətgaha köçməyəcək...

TƏBİB-də yeni TƏYİNATLAR – FOTO

TƏBİB-də yeni TƏYİNATLAR – FOTO

Paytaxt sakinlərinə ŞAD XƏBƏR

Paytaxt sakinlərinə ŞAD XƏBƏR

Mel Qibson Romada cazibədar model ilə - FOTO

Mel Qibson Romada cazibədar model ilə - FOTO

DİN yanında İctimai Şuranın təşəbbüsü ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə keçirilib – FOTO

DİN yanında İctimai Şuranın təşəbbüsü ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə keçirilib – FOTO

Məmur təyinatlarını falçı ilə məsləhətləşirmiş... – Yermakın məhkəməsində SENSASİON DETALLAR

Məmur təyinatlarını falçı ilə məsləhətləşirmiş... – Yermakın məhkəməsində SENSASİON DETALLAR

Sizə də bu vitaminlərdən yazılıbsa - İçməyin – Fotolar

Sizə də bu vitaminlərdən yazılıbsa - İçməyin – Fotolar

Sabahın HAVASI: Yağış, 31 dərəcə isti... – PROQNOZ

Sabahın HAVASI: Yağış, 31 dərəcə isti... – PROQNOZ

Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?

Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?

"Sezercik" illər sonra – FOTO

"Sezercik" illər sonra – FOTO

Qurban Qurbanov Elvin barədə yekun qərarını verdi

Qurban Qurbanov Elvin barədə yekun qərarını verdi

WUF13 keçirilən məkanda qida qiymətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

WUF13 keçirilən məkanda qida qiymətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Elxan Əzizov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Elxan Əzizov yüksək vəzifəyə TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO