Altı aydır, komada qalan Vətən müharibəsi qazisi, Nurlan Əbilov şəhid olub.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, 26 yaşlı qazi bu gün səhər saat 7:00-da vəfat edib. O, doğulduğu Masallı rayonunda dəfn olunacaq.
Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov müharibənin ilk günlərindən döyüşlərə qatılıb. O oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb.
Həmin vaxtdan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb. Şəhidin iki oğlu var.
Allah rəhmət eləsin!
Bizim.Media