BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai İsveçin sessiyada nümayəndə heyətinin rəhbəri Matias Frumeri ilə görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə COP-29-un “X” hesabında məlumat verilib.
Məlumata görə, danışıqlar zamanı tərəflər iqlim diplomatiyasının və təcili tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər.

Bizim.Media