Hərbi Polis İdarəsinin sabiq rəisinin məhkəməsi başladı

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı daha bir məhkəmə araşdırması başlayıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə müttəhim kürsüsündə əyləşən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevdir. Hacıyev də 143 milyonluq mənimsəmədə iştirak edib. 

Fəaliyyəti yoxlanılarkən məlum olub ki, o, sözügedən vəzifələrdə işlədiyi vaxtda vəzifə səlahiyyətlərini aşmaqla 1 milyon 500 min manat mənimsəyib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaqın əvvəlində ona dövlətə dəymiş ziyanı ödəməsinə şərait yaradılıb. Lakin təqsirləndirilən şəxs ziyanı ödəmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda müttəhimin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.  Müdafiə tərəfi indiki məqamda hər hansı vəsatətlə çıxış etməyib.

Prokuror seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını, işin baxışa təyin edilməsini istəyib.

Məhkəmə prokurorun vəsatətini təmin edib.

İlk baxış iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, DTX tərəfindən Müdafiə Nazirliyindəki qanun pozuntularına görə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb. İstintaqla nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə, Təlim və Tədris Mərkəzinin maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib. Digər təqsirləndirilənlər haqda dövlətə dəymiş ziyanın ödənilməsi şərti ilə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI

Braziliyada milyonlarla sakinə "yadplanetlilərin hücumu" barədə saxta xəbərdarlıq göndərildi

Braziliyada milyonlarla sakinə "yadplanetlilərin hücumu" barədə saxta xəbərdarlıq göndərildi

Los-Ancelesdə anbar yanır: Şəhərdə fövqəladə vəziyyət elan olundu - VİDEO

Los-Ancelesdə anbar yanır: Şəhərdə fövqəladə vəziyyət elan olundu - VİDEO

Qahirədə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri bir arada - FOTO

Qahirədə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri bir arada - FOTO

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

İran millisi DÇ-2026-nın oyununa cəmi bir sutka qalmış ABŞ-a gəldi

İran millisi DÇ-2026-nın oyununa cəmi bir sutka qalmış ABŞ-a gəldi

Sibiqadan Polşa bəyanatı: "Ukraynaya qarşı mənfi ritorika artır”

Sibiqadan Polşa bəyanatı: "Ukraynaya qarşı mənfi ritorika artır”

Sorğu: İsraillilərin 92%-i İranın müharibədən qalib ayrıldığını düşünür

Sorğu: İsraillilərin 92%-i İranın müharibədən qalib ayrıldığını düşünür

Fərman Həsənov: UFC-də məqsədim titul uğrunda döyüşməkdir

Fərman Həsənov: UFC-də məqsədim titul uğrunda döyüşməkdir

556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar

556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar

İlon Mask ABŞ büdcəsindən insanlara birbaşa pul paylamağı təklif edib

İlon Mask ABŞ büdcəsindən insanlara birbaşa pul paylamağı təklif edib

Hörmüz boğazı bağlı qalır: SEPAH gəmilərin keçidinə icazə vermir

Hörmüz boğazı bağlı qalır: SEPAH gəmilərin keçidinə icazə vermir

Ukrayna dronları Krasnodarı kütləvi atəşə tutdu: Kerç və "Qafqaz" limanları yanır - VİDEO

Ukrayna dronları Krasnodarı kütləvi atəşə tutdu: Kerç və "Qafqaz" limanları yanır - VİDEO

Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi - FOTO

Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi - FOTO

Bakıda verilən suyun həcmi müvəqqəti azaldıldı

Bakıda verilən suyun həcmi müvəqqəti azaldıldı

Azərbaycan dili fənni üzrə test imtahanı KEÇİRİLDİ

Azərbaycan dili fənni üzrə test imtahanı KEÇİRİLDİ

Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

End of content

No more pages to load

RADİO