Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri 1999-cu il təvəllüdlü Məmmədova Türkan Habil qızı və 1992-ci il təvəllüdlü Məmmədov Ömər Qırımxan oğlu dəm qazından zəhərləniblər.
Onların hər ikisi dərhal zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda onların vəziyyətlərinin stabil olduğu bildirilir.
Bizim.Media, Aran bürosu