Aydın Səfixanlı: “Minlərlə azərbaycanlı qadın ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olub”

“Ayrı-seçkilik insan hüquqlarının pozulmasıdır. Bu, milyonlarla insana təsir edir. İslamofobiya ayrı-seçkiliyə və insan hüquqlarının pozulmasına gətirib çıxaran amildir”.

Bizim.Media xəbər verir ki, bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən “Cinslərə görə islamofobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət" mövzusunda aralıq sessiyada söyləyib.

Müsəlman qadınlarının hüquqlarının pozulmasının islamofobiya kontekstində artdığını bildirən A.Səfixanlı buradan xüsusən Fransanın nümunə çəkilməli olduğunu diqqətə çatdırıb:

“Bir sıra Avropa ölkələrində dini libasların geyinilməsi də qadağan olub. Müsəlman qadınlar bu istiqamətdə həm siyasi, həm sosial baxımından, həm də media tərəfindən təzyiqə məruz qalırlar. Bu da onların azadlıqlarının kəskin şəkildə məhdudlaşdırılmasıdır. İslamın Qərb dəyərlərinə zidd olduğu deyilir.

Əslində isə bu cür ittiham, müxtəlifliyə məhəl qoyulmaması zorakılığa yol açan amillərdir. Bunun sırasında müsəlman qadınlara, xüsusilə hicab geyinən qadınlara qarşı ayrı-seçkiliyə iş yerlərində və cəmiyyətin digər sahələrində də yol verilir. Bu da müsəlman qadınların təhsil haqlarının məhdudlaşdırılması ilə nəticələnir. Əksər qadınlar üçün bu cür ayrı-seçkilik maskalanır və gender bərabərliyinin təşviqi donu geyindirilir. Müsəlman qadınlar bunu təkzib edir və öz fikirlərini özləri ifadə etmək, müqəddəratlarını özləri həll etmək istəyirlər”.

Müasir Avropada qərəz din, gender əsasında və eyni zamanda, digər qeyri-qanuni əməllər əsasında qurulub.

Amma ən çox müsəlman qadınlar bu zərbəni alırlar. Müsəlman qadınların geyiminə qarışırlar və nəticədə Avropa İttifaqında bəyan olunan gender bərabərliyi sanki kortəbii şəkildə bu cür ayrı-seçkiliklə riskə atılır. Təəssüf ki, hicabla bağlı qadağa həyatın digər sahələrinə də tətbiq edilir. Lakin BMT hicabla bağlı qadağanı qanun pozuntusu elan edib. Odur ki, bəzi Avropa ölkələri gender bərabərsizliyi və qeyri tolerantlığa son qoymalıdır".

A.Səfixanlı qeyd edib ki, beynəlxalq silahlı münaqişələrdə qadınlar 4-cü Cenevrə Konvensiyası tərəfindən qorunurlar.
Bu cür vəziyyətlərdə qadınlar bütün hüquq və imtiyazlardan istifadə etməlidirlər. Bu zaman qadınlar həyata hörmət, fiziki və mənəvi bütövlük, təqib, əsir götürülmə kimi məsələlərdə istisna kimi çıxış edirlər.

Təəssüf ki, bu cür öhdəliklər müsəlman qadınlara gəldikdə tətbiq olunmur:

"Müsəlman qadınlar əksər hallarda müharibə cinayətlərinin qurbanı olurlar. Minlərlə azərbaycanlı müsəlman qadın ermənilər tərəfindən zorakılığa məruz qalıb, törədilən etnik təmizləmə siyasətinin və soyqırımın qurbanı olub. Onlar, sadəcə, müsəlman və türk olduqlarına görə hədəf seçiliblər. Bütün bu cinayətlər açıq-aydın islamofobiyanın və türkofobiyanın təzahürüdür. İslamofobiyanın mövcudluğu insan və qadın hüquqlarının kəskin şəkildə pozuntusu deməkdir. Biz əl-ələ verərək buna qarşı mübarizə aparmalıyıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

Rusiyada helikopter radarlardan itdi

Rusiyada helikopter radarlardan itdi

End of content

No more pages to load

RADİO