Akif Qurbanovun atasının saxlanılmasına dair iddialara rəsmi münasibət bildirilib.
DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı Bizim.Media-ya bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub:
"Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o sərbəst buraxılıb”, - deyə məlumatdA qeyd edilib.
Qeyd edək ki, Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
Bizim.Media