Gənc oğlan sayəsində nadir çöl quşları Hacıqabulu məskən seçib - FOTO

Hacıqabulun Meyniman kənd sakini yaşadığı ərazinin faunasını zənginləşdirməyi qarşısına məqsəd qoyub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, nadir çöl quşlarının Meynimanı məskən seçməsi üçün kənd sakini Fərid Süleymanov əlindəni gələni edir. O, hətta bu quşların sayının artmasına da nail olub.

İşindən zövq alan 29 yaşlı gənc bildirir ki, quşların yemlənməsi nə qədər çətin olsa da, bunu həvəslə edir.

“İnternet vasitəsi ilə xarici ölkələrdə insanların nadir çol quşlarına sevgisini görəndə məndə də bu işə həvəs yarandı. Düşündüm ki, kəndimizdə böyük gölün və meşəlik ərazinin olması bu quşları saxlamağa imkan verəcək. İlk dəfə 2021-ci idə bir cüt Qafqaz qırqovulunu gətirib kəndimizdəki meşəliyə buraxdım, sonra 15-ni... Daha sonra bu quşların sayının artdığını müşahidə etdim. Hansı ki, bu quşlar kəndimizi heç vaxt məskən seçməyiblər”, - deyə Fərdi Süleymanov bildirir.

Onun sözlərinə görə, bir müddətdən sonra kəndin ərazisində yerləşən gölə çöl qazı və ördəklər gətirib, burada onların məskən salmasına şərait yaradıb:

“Göldə quşlara yuvalar hazırlamışam ki, yumurta qoyub bala çıxara bisinlər. Bu quşların yerli mühitə uyğunlaşması bir qədər çətin olsa da, bunu bacardım. İlk dəfə gətirdiyim iki cüt yaşılbaş ördəyin sayı indi 10-a çatıb. “Mandarin”, “Karalin” deyilən ördəklər bizim təbiətə məxsus olmayan ördəklərdir, amma indi onların sayı 16-a çatıb. Həmçinin anqutlar əraziyə xüsusi gözəllik verir. Ümumiyyətlə, gələcək planlarım çoxdur”.

İlk vaxtlar bu quşları evdə saxlamaq istəyən Fərid Süleymanov sonradan onları təbiətdə bəsləməyə üstünlük verib və beləliklə, quşlar da buranı məskən seçib. “Bütün sakinlər vəhşi təbiət quşlarını əzizləsələr, bizdən uzaq düşməzlər. Hər kəsi yaşadıqları ərazidə bu quşların sayının artırılmasına çağırıram”, - deyə o əlavə edir.
Hacıqabulda bir neçə kəndin ortasında yerləşən göldə bu gözəl mənzərəni görmək istəyənlər çoxdur. Gölün əlverişli şəraiti imkan verir ki, daha çox quşlar buranı məskən seçsin.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

Rusiyada helikopter radarlardan itdi

Rusiyada helikopter radarlardan itdi

End of content

No more pages to load

RADİO