Qadın hərbi qulluqçularımız belə təbrik edildi - FOTO

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların, mülki işçilərin və şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırılıb.
Çıxış edənlər Azərbaycan qadınının tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanındığını, gənc nəslin Vətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verdiyini vurğulayıblar.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycan qadını yaxından iştirak edir.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil və hərbi tibb müəssisələrində, eləcə də digər sahələrdə xidmət edən qadın hərbi qulluqçularımızın, həmçinin mülki işlərdə çalışan qadınlarımızın əməyi daim yüksək qiymətləndirilir.
Sonra tədbirlərdə iştirak edən qadınlara gül dəstələri və bayram hədiyyələri təqdim olunub.

Keçirilən tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyətinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü

Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

Gecələr yata bilməyənlər bunu oxusun

Gecələr yata bilməyənlər bunu oxusun

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

End of content

No more pages to load

RADİO