30 ölkədən 107 QHT Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib

Sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış, ümumilikdə 106 ölkədən 2300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası (The Afrihealth Optonet Association (AHOA) Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib.

Bizim.Media xəbər verir ki, bəyanatı AHOA-nın rəhbəri Uzodinma Adiriece imzalayıb. AHOA-ya üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də müraciətə qoşulub.

Bəyanatda AHOA-nun Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlanıb, bütün dünyanı iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün COP29-un yaratdığı tarixi fürsətdən istifadə etməyə çağırdığı qeyd edilib.

Sənəddə vurğulanıb ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yaxınlaşdığı dövrdə AHOA rəhbərliyi, üzvləri və tərəfdaşları olaraq, qlobal ictimaiyyəti dayanıqlı və sağlam gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəni öhdəsinə götürən COP29 prezidentinə və ev sahibi ölkə olan Azərbaycana dəstətiyini ifadə edib:
"Planetimizin üzləşdiyi ekoloji problemlərdən dərindən narahat olan AHOA COP29 rəhbərliyinin, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır. İqlim dəyişmələrinə qarşı mübarizəni aparmaq çox məsuliyyətli işdir. İqlim dəyişmələrinin təsirini azaltmaq, həssas icmaları/əhali qruplarını mühafizə etmək və ekosistemləri gələcək nəsillər üçün qoruyub saxlamaq üçün cəsarətli və qətiyyətli addımların tələb olunduğu kritik məqamdayıq.

Bu baxımdan AHOA COP29 Prezidentinin və Azərbaycanın dialoqun, əməkdaşlığın və innovasiyaların təşviqində öhdəliyinin böyük əhəmiyyət kəsb etdiyini məmnuniyyətlə qeyd edir. Azərbaycanın zəngin mədəni irs və müxtəlif təbii landşaftları ilə təkcə əvəzolunmaz ekoloji sərvətlərin qoruyucusu deyil, həm də iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi uğrunda fəal müdafiəçi olduğuna inanırıq.

“Üçlük-Missiya 1.5” kimi təşəbbüslər vasitəsilə Azərbaycan iqlimə davamlılıq sahəsində dayanıqlı inkişafa sarsılmaz sadiqliyini nümayiş etdirdi və COP28-də əldə olunan uğurların davamlılığını təmin etdi. AHOA Azərbaycanın COP29 zamanı iqlim dəyişmələri ilə bağlı danışıqlarda güclü konsensual nəticələr əldə edəcəyinə inanır".

Bildirilib ki, vətəndaş cəmiyyəti üzvləri iqlim dəyişmələri bağlı fəaliyyətdə mühüm rol oynayır, dəyişiklik üçün katalizator kimi çıxış edir və iqlim hərəkatlarına təkan verir:

"Yerli icmaların rəhbərlik etdiyi iqlimə uyğunlaşma layihələrindən tutmuş gənclərin bu sahədə təşviqat kampaniyalarına qədər vətəndaş cəmiyyəti təşkilatları məlumatlılığın artırılmasında, resursların səfərbər edilməsində və bütün səviyyələrdə dəyişikliklərə təkan verməkdə mühüm rol oynayır.

Qlobal şəbəkə və araşdırma mərkəzi kimi AHOA COP29 Prezidentinin və Azərbaycanın mühüm qlobal əməkdaşlığa kömək etmək, iddialı öhdəliklər götürmək və hamı üçün daha dayanıqlı və ədalətli gələcəyə doğru kurs təyin etmək qabiliyyətinə tam əmindir.
Biz iqlimlə bağlı fəaliyyətin sürətləndirilməsi və planetimiz üçün daha parlaq sabahın qurulması səylərində COP29 Prezidenti, Azərbaycan və dünya üzrə vətəndaş cəmiyyəti təşkilatları ilə həmrəyik. Gəlin, birlikdə iqlim dəyişikliyinə qarşı mübarizə aparaq, həm insanların, həm də təbiətin çiçəkləndiyi bir dünya yaratmaq üçün bu tarixi fürsətdən istifadə edək", - deyə bəyanatın mətnində qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü

Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

Gecələr yata bilməyənlər bunu oxusun

Gecələr yata bilməyənlər bunu oxusun

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

End of content

No more pages to load

RADİO