Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan futbol qarşılaşması ilə əlaqədar olaraq bəzi küçələrdə avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində məhdudiyyət tətbiq edilmişdi.
Bizim.Media