Sənədsiz evlərin aqibəti ilə bağlı deputatdan MÜHÜM AÇIQLAMA - “Bir il ərzində…”

Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında, sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işlər açıqlanıb.

Sənəddə göstərilir ki, fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olduğu təqdirdə həyata keçirilir. 

Şəhərsalma tikinti və torpaq qanunvericiliyinin tələblərinə riayət edilmədən inşa olunmuş fərdi yaşayış evləri ilə bağlı problemin köklü şəkildə həllinin aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində mümkünlüyü nəzərə alınaraq, İqtisadiyyat Nazirliyinin təşəbbüsü əsasında prezident administrasiyası rəhbərinin 2023-cü il 4 aprel tarixli məktubu və Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və bir sıra yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil olduğu idarələrarası işçi qrupu yaradılıb. 

Bəs, işçi qrupun fəaliyyəti nəticəsində sənədsiz evlər problemini aradan qaldırmaq mümkün olacaqmı?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov, İşçi Qrupunun yaradılmasını müsbət addım kimi dəyərləndirib və sənədsiz evlərin çoxunun kənd təsərrüfatı təyinatlı, bir qisminin də Dövlət Neft Şirkətinin torpaqları üzərində tikildiyini xatırladıb.

Deputat vurğulayıb ki, bu baxımdan müəyyən ərazilərdə yaşayış varsa, kommunikasiya xətləri çəkilibsə və yaşayış üçün hər cür şərait yaradılıbsa, həmin yerlərdə ilk növbədə torpağın təyinatı dəyişdiriləcək:

“Məsələn, Kənd Təsərrüfatı Nazirliyi öz balansında nə qədər torpaq  sahəsinin olduğunu bilir. Ancaq hesablamalardan sonra aydın olacaq ki, həmin sahələrin müəyyən hissəsində nə isə əkmək, becərmək mümkün deyil. Ona görə ki, üzərində fərdi evlər tikilib. İlk növbədə bunlar müəyyən edilməlidir. 

Torpaqların təyinatı müəyyən olunduqdan sonra, eləcə də hansısa bir elektrik, yaxud qaz və ya hansısa vacib kommunikasiya xətti üzərində deyilsə, sənədləşdirilməsi həyata keçiriləcək. Ancaq bir çox hallarda bu, mümkün olmayacaq”. 

Deputat, burada əsas məqsədin vətəndaşın tikdiyi evin fərdi mülkiyyətçisinə çevrilməsi olduğunu da diqqətə çatdırıb:

“Problemin nə vaxta qədər tam həll olunmasına gəlincə, bu, İşçi Qrupu tərəfindən aydınlaşdırılmalıdır. Qrup üzvləri əvvəlcə həmin evlərin sayını, onların neçəsinin sənədsiz olduğunu hesablayacaq, sonra problemin həlli müddətini müəyyən edəcək. Mən isə belə düşünürəm ki, proses çətin və mürəkkəbdir və işin həcmi çox böyükdür. Ona görə ki, problem təkcə paytaxtla məhdudlaşmır və demək olar ki, respublikanın bütün rayon, kənd və qəsəbələrini əhatə edir. 

Buna görə də problemin həllində tələsmək lazım deyil. Vətəndaşların sonradan problemlə üz-üzə qalmaması üçün məsələ köklü şəkildə həll edilməlidir. Bununla belə, bunun 1 il ərzində köklü həll olunacağını düşünürəm”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü

Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

Gecələr yata bilməyənlər bunu oxusun

Gecələr yata bilməyənlər bunu oxusun

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

End of content

No more pages to load

RADİO